Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı layihə çərçivəsində eyni adlı nəşrin təqdimat mərasimi keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, soydaşlarımız, özbək xalqının nümayəndələri, tələbələr, iştirak ediblər.
Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şuşanın tariximizdəki, mədəniyyətimizdəki rolunu xüsusi vurğulayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşa haqqındakı çıxışlarından sitat gətirib: “Şuşa Azərbaycan üçün həm qürur, milli mənlik, həm də mədəniyyət, incəsənət və tarixdir”.
S.Abbasov qədim tarixi köklərə və geniş coğrafiyaya malik Türk mədəniyyətinin artıq Şuşada birləşdiyini, bu füsunkar şəhərin Türk xalqları arasında birləşdirici bir mədəni körpü missiyasını öz üzərinə götürdüyünü bildirib. Diplomat TÜRKSOY tərəfindən 2023-cü ildə Azərbaycan mədəniyyət beşiyi qədim Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayıb.
O, rəhbərlik etdiyi təşkilat tərəfindən Şuşa ili ilə bağlı həyata keçirilən layihələr barədə danışıb, bildirib ki, “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı nəşrin təqdimatı TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar Özbəkistanda keçirilən ilk tədbirdir. O, nəşrdə Türk dünyasını əhatə edən 17 şair və yazıçının Şuşa ilə bağlı şeir və hekayələrin toplandığını qeyd edib.
Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Şuşaya səfər təəssüratlarında danışıb, Şuşanın qədim tarixə, zəngin mədəniyyətə, poeziyaya və təkrarsız ənənələrə malik nadir şəhər olduğunu diqqətə çatdırıb. O, bu qədim şəhərin hər məhəlləsinin ayrıca məscidi, bulağı, hamamı olduğunu, Şuşa şairlər, xanəndələr, tanınmış mədəniyyət, incəsənət xadimlərinin vətənli olduğunu qeyd edib.
Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Eldor Şermanov çıxış edərək bu qəbildən tədbirlərin Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələirin əhəmiyyətindən söz açaraq bu əlaqələrin yaradılmasında əsas rola sahib olan Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov isə öz çıxışında Şuşanın bütün Türk dünyasının qeyrəti, namusu olduğunu və Azərbaycanın Şuşanı azad edərək bu dəyərə sahib çıxmasını Türk dünyasına böyük zəfər və qürurlu hadisə kimi qiymətləndirib.
Professor Saodat Muxammedova, dosent Gülbahar Aşurova, nəşrdə hekayəsi olan Nərgiz Əsədova və başqaları “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı kitabın əhəmiyyəti haqqında danışıblar. Onlar türk dünyasının daha da yaxınlaşdırılması istiqamətində belə nəşrlərin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə geniş məlumat verdikdən sonra bu layihənin də Dünya Gənc Türk Yazarlar Birliyi ilə işbirliyi nəticəsində ərsəyə gəldiyini qeyd edib.
Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlıq edib, belə nəşrlərin bütün türk dünyasında çap olunmasının əhəmiyyətindən danışıb.
Sonda bir qrup ziyalıya Azərbaycan Gənclər Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanları verilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.