Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecmenti kafedrası ilə Mərkəzi Bank arasındakı əməkdaşlığa əsasən AzMİU-nun 60 tələbəsi Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş kurslar üzrə müsabiqədə iştirak edib.
Müsabiqədə iştirak edən tələbələrdən Nigar Mirzəyeva, Nuriyyə Şəfizadə və Zülfiyyə Əlizadə qalib olublar. Həyat Ağayeva, Tükəzban Hüseynova, Aygün Quliyeva, Tünzalə Şahbazova və Lalə Abdurəhmanova isə müsabiqədə fərqləniblər.
Qalib olan və fərqlənən tələbələrə Mərkəzi Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.
Msabiqədə uğur qazanan tələbələrlə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecmenti kafedrasında görüş keçirilib. Görüşdə universitetin sosial məsələlər və ictimiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri Məhəbbət Məmmədov və kafedranın müəllimləri iştirak ediblər.
Görüş zamanı Orxan Naqdiyev və Məhəbbət Məmmədov çıxış edərək tələbələri qazandıqları uğura görə təbrik ediblər və daha böyük müəffəqiyyət qazanmaları üçün onlara aktiv olmağı, daim öz üzərilərində işləməyi tövsiyyə ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.