Gündə əlavə iki min addım ürək çatışmazlığı üçün yaxşıdır
Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, yerimək ürək çatışmazlığı olan insanların sağlamlığını 12 həftə ərzində yaxşılaşdıra bilər. Tədqiqatda ürək çatışmazlığı olan 425 insan iştirak etdi, 40,9% azalmış ejeksiyon fraksiyasına malik idi. Tədqiqatçılar fiziki məhdudiyyətləri, simptomların tezliyini, həyat keyfiyyətini və sosial məhdudiyyətləri nəzərə alan 100 ballıq KCCQ şkalası ilə xəstələrin sağlamlığını qiymətləndirdilər. Nə qədər yüksək bal olarsa, iştirakçının sağlamlığı da bir o qədər yaxşı olar. KCCQ ballarında beş və ya daha çox bal dəyişiklikləri infarkt və insult riskinə təsir göstərə bilər. Təcrübənin sonuna qədər addım sayını gündə 2000 artıranların ümumi KCCQ balında addım sayında dəyişiklik olmayan iştirakçılarla müqayisədə 5,2 ballıq artım var. Ümumiyyətlə, ən yaxşı nəticələr gündə təxminən beş min addım gedən xəstələrdə görüldü, lakin iki ilə üç min arasında KCCQ ballarını əhəmiyyətli dərəcədə artırdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.