ŞAHMAT
--------------------
Şahmatçımız Nicat Abbasov Dünya Kubokunda Petr Svidlerə qarşı ilk matşını sülhlə bitirib
Bakıda təşkil edilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan şahmat üzrə Dünya Kuboku davam edir. 309 (206 kişi, 103 qadın ) şahmatçının mübarizəyə qatıldığı və mükafat fondu 2,5 (kişilər 1.834.00, qadınlarsa 675.250) dollar təşkil edən turnirdə bu gün kişilər arasında 1\16, qadınlarda isə 1\8 final mərhələnin ilk oyunları keçirilib. Təəssüflə qeyd edək ki, 5-i qadın olmaqla bu turnirə ev sahibi kimi qatılan 18 şahmatçımızdan yalnız biri - Nicat Abbasov bu mərhələyədək gələ bilib. O, 1\16 finalda FİDE təmsilçisi kimi turnirə qatılan rusiyalı Petr Svidlerlə qarşılaşıb. İlk oyununu qara fiqurlarla keçirən Nicat rəqiblə sülh bağlayıb. Reqlamentə uyğun olaraq, sabah tərəflər arasında ikinci qarşılaşma olacaq. Nicat bu dəfə ağ fiqurlarla ""xod" edəcək. Əgər sabahkı oyun da heç-heçə bitərsə, onda cütün qalibini aşkar etmək üçün növbəti gün tay-brek olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.