Ay Dan
Gözlərin uzun yol ...
Gözlərin uzun yol... elə gedirəm
çatmıram adımı çağıran səsə
İndidən gözümə dolub qocalıq
Kimdi gözlərimdən ümidi üzən?
Gözlərin uzun yol... elə gedirəm
Bir köhnə gecədi gözümə dəyən
Elə istəyirəm dil açıb ona,
Qəlbimə oxşama... oxşama deyəm
Çünki mənim qəlbim bir sarı yarpaq
İtib göy üzünün ovuclarında...
Nahaq ona çəkdin, ay gecə, nahaq...
Gəl, gizlən qarandan " ağ saçlarımda"...
Çünki mənim qəlbim bir sarı yarpaq
İçində yamyaşıl ümid axtarma
Elə döyündükcə məktub yazacaq
Sonra oxuyacaq tənha yovşana...
Gözlərin uzun yol ...
Elə gedirəm ...
Niyə göz yaşımı tanımır bu yol?
Getdikcə gecənin beli bükülür...
Niyə gecəylə qoşa qarımır bu yol? ...
Gəl gizlən qarandan ağ saçlarımda
Nahaq ona çəkdin, ay gecə, nahaq!
İtib göy üzünün ovuclarında...
Çünki mənim qəlbim - bir sarı yarpaq ...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.