“Yaradıcı oxucularımız” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, bəstəkar, tərcüməçi, AJB-nin və AYB-nin üzvü Xanım İsmayılqızı “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxana ilə əməkdaşlığını davam etdirir.
Şairin təqdim etdiyi “Dua nədir?” şeiri insan düşündürən suallardan ibarətdir. Bəzən bu suallara cavab tapmağa çalışırsan. Şair şeirində bəzən təzadlı, habelə müdrik cavabları ilə oxucuları cəlb edir. Müəllif duanı içindəki Allahın səsi, sevgini hisslərin ən müqqədəsi kimi təsvir edir və oxucuları sevə-sevə dialoqa dəvət edir.
Dua nədir?
Dua nədir? – Allaha uzanan qol.
Sevgi nədir? – Ürəkdən ürəyə yol.
Həyat nədir? – Doğum ölüm arası.
Həsrət nədir? – Bəxtdə rəngin qarası.
Pənah nədir? – Özündən çox sevdiyin.
Günah nədir? – Öz içində etdiyin.
Qurban nədir? – Fəda olmaq döngəsi.
Ölüm nədir? – Bu dünyanın zirvəsi.
Dünya nədir? – Allahın yaratdığı.
Bəndə nədir? – Bu dünyaya atdığı.
Nəfəs nədir? – Ürəkdən gələn səda.
Məhbəs nədir? – Həyatımıza vida.
Baxış nədir? – Qəlbdən yol alıb gələn.
Yağış nədir? – Ayrılıq nədir bilən.
Ürək nədir? – Nəbzimizi vurduran.
Beyin nədir? – Ayıq bir dünya quran.
Cahan nədir? – Ayaqsız da yeriyən.
Adam nədir? – Tanrıya dua edən.
Dua nədir? – İçində Allah səsi.
Sevgi nədir? – Hissin ən müqəddəsi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.