Azərbaycan bayrağına yeni şeir həsr olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, bəstəkar, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim etdi.
“Bayraq” adlı şeirdə müəllif möhtəşəmlik rəmzi, azadlıq nəfəsi, baş qoyub and içməyə Quranla tən gələn milli qürurumuz, şərəfimiz, varlığımız olan üç rəngli bayrağımızı tərənnüm edir.
Bayraq
Tək bayraq dalğalanır,
Dayanıbdı yüksəkdə.
Təkbaşına dolanır
Ətrafında külək də.
Zirvənin bəzəyidi
Bu bayrağın üç rəngi.
Möhtəşəmlik rəmzidi
Bu qürurlu ahəngi.
Yaşılında dirilik,
Qırmızısında qan var.
Göyündə göylər qədər
Böyük bir asiman var.
O, böyükbirmillətin
Azadlıqnəfəsidir.
Sancıldığıhərzirvə,
Özxalqınınsəsidir.
Başqoyub and içməyə,
O, Quranatəngəlir.
Təkbayrağınardınca,
Bu anaVətəngəlir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.