“İdman hamı üçün” – Lənkəran-Astara regionunda kütləvi tədbirlər
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında “İdman hamı üçün” layihəsi çərçivəsində silsilə idman tədbirləri həyata keçirilib.
Taekvondo, cüdo, boks, yunan-Roma güləşi, həndbol, ağır atletika, karate-do, kyokuşin, kikboksinq, futbol, badminton, tennis, gimnastika, şahmat, dama və s. idman növləri üzrə Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimləri tərəfindən ustad dərsləri keçirilib, idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.
Yerli sakinlərin də qoşulduğu idman tədbirləri onların böyük marağına səbəb olub.
İdman tədbirlərinin təşkilinin əsas məqsədi əhali arasında, xüsusən də yeniyetmələr və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.