GÜLƏŞ
---------------------
Pəhləvanlarımızı qarşıda lesenziya xarakterli mundial gözləyir
16-24 sentyabr günlərində Serbianın paytaxtı Belqradda idman güləşi üzrə lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Mundialın startına iki həftədən bir qədər artıq qalmasına baxmayaraq, artıq iştirakçı komandalar o, cümlədən Azərbaycan komandası iştirak ərizəsini Dünya Güləş Birliyinə göndərib. Ölkəmiz mundialda 26 idmançı olmaqla güəşin hər 3 növündə (sərbəst, qadın və yunan-Roma güləşi) iştirak edəcək. Azərbaycanı mundialda aşağıdakı güləşçilər təmsil edəcəklər:
Qadın güləşi: Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alena Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq);
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq),
Nihat Məmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Cənan Süleymanov (7 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq);
Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Bəşie Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Abubəkr Abakarov (86 kq), Osman Nurmaqomedov (82 kq) və Giorgi Meşvildişvili (125 kq).
Sərbəst güləş üzrə millimiz mundiala hazırlıqla bağlı avqustun 9-dan 23-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçib. Hazırda pəhləvanlarımızın TMT-sı Bakıda davam edir.
Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə paytaxtda bir araya gəlib. Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında baş tutan hazırlıq prosesi avqustun 10-da start götürüb və 24-dək davam edib (gündə 2 dəfə olmaqla).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.