Elman Eldaroğlu:
Ölkədə fəxri adlara, orden və medallara layiq olan yüzlərlə sənətkar var..
Deyəndə ki, bu dünyada haqq-ədalət axtaranlar DÜNYAnı hələ də olduğu kimi tanımayanlardır, sözümü qəribliyə salırlar. Ay qardaş, haqq da, ədalət də bu dünyadan Habillə Qabilin dövründən küsüb gedib, yalnız adları qalıb...
Fəxri adlar, orden və medallara təltif olunanların siyahisini ölkə rəhbərinə kim təqdim edir, bilmirəm. Amma onu bilirəm ki, həmin adam heç də insaflı iş görmür. Bir də görürsən ki, birinə 50 yaşında xalq artisti, 60 yaşında "Şöhrət" ordeni, 65 yaşında Prezidentin fərdi təqaüdünü, 70 yaşında "Şərəf" ordeni, 75 yaşında "İstiqlal" ordeni verirlər. Sual olunur, bu adamın 60 yaşından sonra xalq qarşısında heç bir əlahiddə xidməti olmayıbsa niyə bu mükafatları ona verirsiniz? Belə çıxır ki, həmin adam 100 il yaşayacaqsa hər beş ildən bir ona orden vermək lazımdır? O, çox yaşadıqca ölkənin bütün ordenlərini bir-bir almalıdır? Qardaş, hər bir cinayətin bir cəcası olduğu kimi, hər bir xidmətin də bir mükafatı olmalıdır. Belə getsə- birinə hamısı, digərinəsə heç nə- prinsipi Azərbaycanda uzun illər davam edəcək...
Ölkədə orden və medallara, fəxri adlara layiq olan yüzlərlə adam var, fəqət xidmətləri hələ də mükafatlandırılmayıb. Konkret bir neçə faktı göstərmək istəyirəm. Məgər cənab prezidentə həmin təqdimatları təqdim edən adam Kəmalə Abıyevanın gözəl şair olduğundan və sözlərinə bəstələnən mahnıların necə sevildiyindən xəbəri yoxdumu? Və ya şair Şahin Musaoğlunun vətənpərvərlik mövzusunda yazıb bəstələdiyi mahnıları heç eşitməyiblərmi? Şəmstan Əlizamanlının gitara ilə döyüşə çağıran ecazkar səsini dinləməyiblərmi? Onlarla xidməti olan belə sənətkarlar bu işə məsul olan insanın ucbatından hələ də heç bir dövlət mükafatına layiq görülməyiblər...
Siz Allah, ordenlərin hamısını bir sənətkara yox, xalq qarşısında xidməti olan hər bir sənətkara verin. Fəxri adları gözdən salıb ucuzlaşdırmayın...
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.