“Təbiətin sovqatı” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 28 avqust 2023-cü il saat 14:00-da Xətai Sənət Mərkəzində açıldı.
Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, tədbir iştirakşılarını, Valideyinləri və qonaqları salamladı.
Söz alan Xətai İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdiri Pənah Hüseynov, Xətai Uşaq Yaradıcılıq studiyasının müəllimi Rəssam Gündüz Həbibov, Rəssam Rəvan Sadidov və “Zeytun bağları” brendinin nümayəndələri Turan Abbasov və Aynur Şıxəliyeva öz ürək sözlərini bölüşdülər.
Əsəri sərgilənən müəlliflərə sertfikatlarla bərabər “Zeytun bağları” brendinin məhsulundan hədiyyələr təqdim olundu.
Həmçinin ,sərgidən seçilmiş 30 ən yaxşı əsərlərin müəllifləri i xüsusi hədiyyə ilə mükafatlandırıldılar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün saxlanıldı.
Nəzərinizə çatdıraq ki, mövzusu NECƏ BİR TƏBİƏTİ QORUMA NİŞANI ASARDIM ! olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən və Türkiyyədən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən artıq əsər göndərmişdir və bu əsərlər arasından seçilən 152 əsər sərgiləndi.
Tədbirin gənc nəslin təbiətə olan münasibətinin müsbət istiqamətdə inkişaf etməsinə xidmət etdiyinə inanıriq.
Fotomüxbir Mahir Əhmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.