Azərbaycançılığın musiqili təqdimatı
AZpressAZ xəbər verir ki, bəstəkarın oğlu, İctimai Birliyinin sədri və layihənin rəhbəri Adil Nəsibov diqqətə çatdırıb ki, "Azərbaycançılığın musiqili təqdimatı" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir: “Bəstəkar Bəhram Nəsibovun şeir, mahnı və marşlarından ibarət jurnala mahnı və marşların mətnləri, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkilən şəkillər, eləcə də mövzular haqqında məlumatlar və foto şəkillər daxil edilib. Jurnala 8 mahnı və marşlar və 1 şeir daxil edilib”.
A.Nəsibov əlavə edib ki, jurnal gələcəkdə dərslik kimi də istifadə edilə bilər: “Jurnalda Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının rəyləri də öz əksini tapıb. Jurnala daxil edilən mahnıların not yazılarını sənətşünaslıq üzrə fəsləfə doktoru, dosent Rauf Bəhmənli yazıb. Jurnaldakı rəsmləri rəssam Asəf Kərimov çəkib”.
A.Nəsibov jurnaldakı məlumatları və fotoları təqdim etdiklərinə görə Yeni Azərbaycan Partiyasına və Prezident kitabxanasına təşəkkürünü bildirib.
***
Cənab Prezident, Zati-Aliləri İlham Əliyev cənablarının 2023-cü ili “Heydər Əliyev ili” elan etməsi hamı kimi “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin biz əməkdaşlarını da çox sevindirdi və belə bir ilə töhfə vermək üçün bu istiqamətdə layihələr formalaşdırıldı. Bu layihələrdən biri “Azərbaycançılığın musiqili təqdimatı” adlanan layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qaliblər sırasına qoşuldu. Layihə çərçivəsində Müasir Azərbaycanın Memarı olan Ulu Öndər Heydər Əliyev cənablarının şəxsiyyətini və fəaliyyətini musiqinin və rəsmlərin dili ilə vəsf edən “Azərbaycançılığın musiqili təqdimatı” jurnalı çap edildi.
Təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsinə yaradıcılığında hərtərəfli müraciət etmiş, bəstələdiyi “Qarabağ” mahnısı 44 günlük Vətən müharibəsinin “himninə” çevrilmiş bəstəkar Bəhram Nəsibovun şeir, mahnı, marşlarından ibarət jurnala mahnı və marşların mətni, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkiləcək şəkillər, eləcə də mövzular haqqında məlumatlar və foto-şəkillər daxil edilmişdir.
Jurnala 8 mahnı və marşlar, 1 şeir daxil edilmişdir. Jurnala daxil edilən mahnı və marşlar bunlardır: Milli Qurtuluş gününə və həmin günün təməli olan Milli Dirçəliş gününə həsr olunmuş “Tələb eylə” mahnısı, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, daim Azərbaycanın və Azərbaycançılıq ideyalarının uğurlu təbliğatçısı olan Yeni Azərbaycan Partiyasına həsr olunmuş “Marş”, Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş 2 fərqli variantda bəstələnmiş “Min yaşa, Heydər baba!”, “Heydər bayrağının altından keçək” mahnı və marşları, Ulu Öndərin gənclərimizin yolunu mayak kimi nurlandırmasına həsr olunmuş “Azərbaycan gəncliyi” marşı, Azərbaycanda ilk dəfə Naxçıvan Milli Məclisində Azərbaycan Bayrağı Heydər Əliyevin təşəbbüsü ilə qaldırılması müstəqilliyimizi yenidən bərpa edilməsinə ithaf edilmiş “Azərbaycan Bayrağı” marşı, Ulu Öndər Heydər Əliyevin Türk Dünyası ilə əlaqələrin təməlinin qoyulmasına ithaf edilmiş “Azərbaycan və Türkiyə” marşı bununla yanaşı bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun Ulu Öndər Heydər Əliyevin qayıdışını alqışlayan, müəllif kimi adının əvəzində “Xalqın səsi” yazdığı, “Əziz agsaqqalimiz Heydər Əliyevə (Təbrik əvəzi)” adlanan şeiri də jurnala daxil edilib.
Jurnalda Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının rəyləri də öz əksini tapmışdır. Jurnala daxil edilən mahnıların not yazılarını sənətşünaslıq üzrə fəsləfə doktoru, dosent Rauf Bəhmənli yazmışdır. Jurnaldakı rəsmləri rəssam Asəf Kərimov çəkib. Jurnaldakı məlumatları və fotoları təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasına, eləcə də Ulu Öndər Heydər Əliyevin aforizmlərini təqdim etdiyinə görə Prezident kitabxanasına təşəkkürümüzü bildiririk.
Layihənin rəhbəri bəstəkarın oğlu, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibovdur.
Çap ediləcək jurnal gələcəkdə dərslik vəsaiti kimi də istifadə edilə bilər. Fəaliyyətini Azərbaycançılıq məfkurəsinin təbliğinə xidmət istiqamətində qurmuş “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi gələcəkdə də bu istiqamətdə bir çox silsilə layihələr planlaşdırır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.