BASKETBOL.3X3. DQS
-------------------------
"Neftçi" Fransa yığmasını udsa da Fransanı fəth edə bilməyib
1-2 avqust günlərində Fransanın Pon-Dyu-Qare şəhərində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 21-ci olan növbəti mərhələ yarışı kemirilib. Bu yarışa Azərbaycan həm yığma komandayla, həm də "Neftçi" klubu ilə təmsil olunub. Təmsilçilərimizdən isə yalnız "Heftçi" mübarizəni davam etdirib və sonda çıxışını ikinci yerdə başa vurub. Xatırladaq ki, heyətində Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovanın cəmləşdiyi "Neftçi" klubu qrupda Misiri (21:12) ardından isə Hollandiyanı (19:12) məğlub edərək 1\4 finala yüksəlib. Bu mərhələdə isə Azərbaycan klubu Monqolıstan milisi ilə qarşılaşıb. Qarşılaşmadan qalib (22:16) ayrılan "Neftçi" yarımfinalda isə Fransa komandasını yerli publika qarşısında məğlub (19:14) edərək finala yüksəlib. Maraqlıdır ki, "Neftçi" finalda yenidən Hollandiya komandası ilə qarşılaşıb. Təəssüflər olsun ki, "Neftçi" qrupda 5 xal üstünlüyü ilə (19:12 hesabla) məğlub etdiyi Hollandiyaya həlledici finalda 5 xal fərqiylə (22:16) uduzub. Bununla da "Neftçi" Fransa yığmasını doğma divarlar arasında üstələsə də, sonda Fransanı fəth edə bilməyib. Əks halda, "Neftçi" cari mövsümdə DQS-da 5-ci dəfə mərhələ qalibi olacaqdı.
Yeri gəlmişkən geridə qalan 21 mərhələ yarışında 4 mərhələnin (Şuşa, Netani, Melilye və Debretsene) qalibi olmaqla aktivinə 831 xal yazdıran "Neftçi" yarış cədvəlində yenə də 2-ci, 199 xalı olan Azərbaycan yığması isə bir pillə geriləməklə 23-cü pillədə qərar tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.