Rafael Hüseyn:
HƏRƏNİN ÖZ SÜFRƏSİ
İndi dəb düşüb - evdəmi, restorandamı, açılan süfrənin, düzülən yeməklərin şəklini çəkib sosial şəbəkələrdə paylaşırlar.
Çox illər öncə, 1990-cı illərin ortalarında ABŞ-daydım, bir başqa ştatdan Nyu-Yorka məni görməyə dostum Fəramərz Bərazənde gəlmişdi.
Mehmanxanada otağa girincə kağıza bükülü yarıyeyilmiş buterbrodunu, yarı içilmiş kolasını çıxardı.
Dedi ki, ac idim, aldım, kafedə yeməyə başlayanda saata baxdım ki, sənunlə görüşə gecikirəm, ona görə bükdüm ki, oteldə ardını davam edərəm. Əlavə elədi ki, bizim ştatda küçədə yemək yesən, səni cərimə edərlər. O məntiqlə ki, bəlkə biri acdır, səni yeyən görüb tamahsılanar, sıxılar.
...Elə bizlərdə də köhnənin adətidir, uşaq vaxtı görərdim nənəm təndirə çörək yapanda, yuxa yayanda qonşuya da göndərərdi ki, ətri onlara da çatıb.
Ya Bakıda eyvanda kabab çəkənlər hökmən qonşunun payını verərdilər ki, şişliyin iyi burunlarına dəyib.
Camaatımız paylaşmamağı sadəcə yaxşı olmayan bir iş deyil, hətta günah sayardı.
Bizim günlərin adamları isə facebook qapısı açıqdır deyə özlərinə sərhəd qoymadan nə istəyirlər edirlər. Ancaq insanlar qarşısına çıxarılan hər sözün də, hər hərəkətin də gərək bir ölçüsü ola.
...Neyləməli ki, belə bəd şakərlər yoluxucu olur. Mən də bu gün Moskvadan yenicə gəlib hələ heç satışa çıxarılmamış kitablar arasından seçib aldığım və bu gecə "süfrəmə" düzülən bu "yeməklərin" şəkilini çəkib ona görə paylaşıram ki, bəlkə kimlərəsə maraqlı oldu, bilsinlər ki, bunlar kitab işinin yaxşı səviyyədə olduğu Moskvadan şəhərimizə təzəcə gəliblər, istəsəniz siz də tapıb ala bilərsiniz.
Müxtəlif elm sahələrinə aid 100 addan çox yeni maraqlı kitaba baxdım. Hamısı dəyərlidir.
Mən bu anda mənə daha gərəkli olanlarını seçdim. Ancaq çoxunda da gözüm qaldı. Nə evdə yer var, nə də hamısını oxumağa vaxt.
Bir şeyə arxayınam ki, ala bilmədiklərim mütləq Prezident kitabxanasında olacaq, ehtiyacım yarananda bilirəm onları harada arayacağam. Çünki kənardan Bakıya gətirilən yaxşı kitabların hərəsindən 1 nüsxəni o kitabxana hökmən alır...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.