AĞIRATLETİKA
------------------------
Yığmamız dünya çempionatında 6 atletlə iştirak edəcək
4-17 sentyabr günlərində Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, Olimpiya Oyunlarına lisenziya xarakterli bu möhtəşəm yarışda Azərbaycan da daxil olmaqla 894 atlet (469 kişi + 425 qadın) iştirak edəcək. Azərbaycan mundiala ikisi qadın olmaqla altı atletlə qatılacaq. Yığmamızın heyəti belədir:
Qadınlar: Nazilə İsmayılova (49 kq), Günel Vəliyeva (76 kq).
Kişilər: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).
Yeri gəlmişkən, Əli Şükürlü Avqustun ilk günlərində Rumıniyanın paytaxtı Buxarestə 20 yaşa qədər gənclər arasında keçirilən Avropa çempionatında 2-ci yeri tutmuşdu. O, t 355 kq (160+195) nəticə göstərmiş və gümüş medala layiq görülmüşdü.
Dadaş Dadaşbəyli isə avqustun ilk on günlüyündə Belarusda keçirilən ikinci MDB oyunlarında imöhtəşəm çıxış edib. O, toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.