ŞAHMAT
------------------------
Teymur Rəcəbov "Tata Steel Chess" turnirində ikincidir
Dünən Hindistanın Kəlküttə şəhərində şahmatın rapid növü üzrə "Tata Steel Chess" beynəlxalq turnirinə start verilib. Qeyd edək ki, 10 qrossmeysterin dairəvi sistem üzrə mqbarizə apardığı bəlli turnirdə azərbaycanlı zəka sahibi Teymur Rəcəbov da mübarizə aparır. Start günü 3 turu oynanılan turnirdə bu gün daha üç turun görüşləri keçirilib. Maraqlıdır ki, Rəcəbov həm start günü, həm də bu gün keçirdiyi 3 oyundan ikisində qalib gəlib birində uduzub.
Xatırladaq ki, dünən ilk turda hindistanlı Rameşbabu Praqqnanandxaya (Bakıda keçirilən son Dünya Kubokunun finalçısı) uduzandan sonra almaniyalı Vinsenta Kaymeri və özbəkistanlı Nodirbek Abdusattarovu məğlub edən Rəcəbov bu gün isə 4-cü və 5-ci turlarda müvafiq olaraq Pentala Xarikrişna (Hindistan) və Aleksandr Qrişuku (FİDE, Rusiya) mat qoyandan sonra 6-cı turda Santoş Viditə (Hindistan) məğlub olub.
Bununla da geridə qalan 6 turdan sonra Rəcəbov 4 xal toplayıb. Bu isə ona yarış cədvəlində ikinci olmaq imkanı verib.
Sabah isə Rəcəbov Maksim Vaşye-Laqrav (Fransa), Arcun Eriqaysi və Dommaracu Qukeşlə (hər ikisi Hindistan) qarşılaşacaq.
8-9 sentyavr günlərində isə şahmatçılar blits üzrə mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.