CÜDO
----------------------
Cüdo üzrə yığmamız Daşkənd toplanışını başa vurur
Avqustun 28-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində başlanan və Azərbaycan yığmasının da qatıldığı cüdo üzrə beynəlxalq təlim-məşq toplanışına sabah yekun vurulacaq və cüdoçularımız vətənə dönəcəklər. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkil etidi bu təlim-məşq toplanışında Azərbaycan yığmasıyla yanaşı, ev sahibi Özbəkistan, eləcə də Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırxızıstan, Türkiyə, Finlandiya, Yunanistan, Moldova, Küveyt, Tanzaniya və İsrail komandası iştirak edir. Ümumilikdə isə TMT-yə 400-ə yaxın idmançı qatılıb. Bu təlim-məşq toplanışında Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 27 üzvü iştirak edir.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edir.
Qeyd edək ki, Daşkənd toplanışı 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.