Kitabxanaya yeni şeir təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, tərcüməçi, Azərbaycan Respublikasının xalq şairi , AYB-nin, AJB-nin üzvü Vahid Əziz kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Özünü sevdirən qadın” adlı yeni şeirini təqdim etdi.
Şeirdə müəllif qadın gözəlliyini, qadın gücünü, qadının özünü sevdirmək məharətini, qadın əzəmətini vəsf edir.
Özünü sevdirən qadın...
Gətirdiyi əsəb, şəkər
Duzunu sevdirən qadın,
Gözlərin nurunu çəkər
Gözünü sevdirən qadın.
Yaz ömrü qışa bələdər,
Yanağa yağış ələdər,
Yastıqları daş elədər
Dizini sevdirən qadın.
Ya əl çəkməz, ya unudar,
Ümman kimi atıb-tutar,
Sinələrdə ocaq çatar
Közünü sevdirən qadın.
Aşiqə yuxu yozdurar,
Çaşdırar, yollar azdırar,
Qəmli şeirlər yazdırar,
Sözünü sevdirən qadın.
Qan qaraldar, ruh coşdurar,
Eşqi aləm qarışdırar,
Öz-özünə danışdırar
Səsinini sevdirən qadın.
Canlar alar, qəlb yaralar,
Ev yıxar, didərgin salar,
Axırda kimsəsiz qalar,
Özünü, çiçəklər kimi,
Yüzünə sevdirən qadın...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.