ŞAHMAT
------------------------
Teymur Rəcəbov Hindistanda 5,5 xalla həm ikinci, həm də sonuncu olub
Hindistanın Kəlkütte şəhərində azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla 10 şahmatçının iştirakı ilə şahmatın həm rapid, həm də blits növü üzrə keçirilən "Tata Steel Chess" beynəlxalq turnirə yekun vurulub. Xatırladaq ki, Teymur Rəcəbovla yanaşı, Maksim Vaşye-Laqrav (Fransa, Rəcəbovun ikinci yeri tutduğu rapid yarışının qalibi), Dommaracu Qukeş, Eriqaysi Arcun, Rameşbabu Praqqnanandxa, Pentala Xarikrişna, Santoş Vidit (hamısı Hindistan), Vinsent Kaymer (Almaniya), Aleksandr Qrişuk (FİDE) və özbəkistanlı Nodirbek Abdusatarovun da iştirak etdiyi bu turnirdə şahmatçımız 5,5 xalla həm ikinci, həm də sonuncu yeri tutub. Xatırladaq ki, Rəcəbov turnirin ilk 3 günü keçirilən və 9 turdan ibarət olan rapid yarışında 5,5 xalla Vaşye-Laqravdan sonra ikinci yeri tutmuşdu. Təəssüflər olsun o, turnirin son iki günündə keçirilən və 18 rurdan ibarət olan blits yarışında da cəmi 5.5 xal toplayıb. Amma bu dəfəki 5,5 xal onu yarış cədvəlində sonuncu pillədən xilas edə bilməyib. Bu yarışın qalibi adını isə 12 xalla Qrişuk qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.