FUTBOL
-----------------
Xans-Diter Flik Almaniya millisinin baş məşqçi postundan azad edilib
Almaniyanın futbol üzrə milisinin baş məşqçisi Xans-Diter Flik tutduğu vəzifədən azad edilib. Bu haqda məlumat ölkə futbol federasiyasının rəsmi saytında yayılıb. Məlumatda o da deyilir ki, boş qalan baş məşqçi vəzifəsini müvəqqəti olaraq milli komandanın direktoru Rudi Feller icra edəcək.
Xatırladaq ki, Flik Almaniya millisinə 2021-ci ildən başçılıq edirdi. Keçən bu müddətdə Almaniya maşını onun rəhbərliyi altında 25 dəfə meydana çıxıb. Bu oyunların 12-də qalib gələn almanlar 7 dəfə rəqiblə sülh bağlayıb, 6 dəfə isə meydanı məğlub durumda tərk edib. Yeri gəlmişkən, Flikin başçılıq etdiyi Almaniya millisi 2022-ci ildə Qətərdə təşkil edilən mundialda qrup mərhələsini adlaya bilməmişdi. 2024-cü ildə Almaniya Avro-2024-ə ev sahibliyi edəcək.
Qeyd edək ki, Almaniya millisi sentyabrın 9-da Yaponiya ilə yoldaşlıq matçında 1/:4 hesabla uduzandan bir gün sonra Almaniya Futbol Federasiyasının prezidenti Bernd Noyendorf Xans-Diter Flikin baş məşqçi postundan azad edildiyini elan edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.