AĞIR ATLETİKA
-----------------------------
Atletlərimizin mundialdakı fiaskosu davam edir
Sentyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağır atletika üzrə startı verilən və Azərbaycan atletləri də daxil olmaqla kişilər və qadınlar arasında keçirilən dünya çempionatı davam edir. Qeyd edək ki, 2024-də Parisdə (Fransa) təşkil ediləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bu yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edəcək. Azərbaycan isə mundiala Nazilə İsmayılova (49 kq), Günel Vəliyeva (76 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəylidən (109 kq) ibarət heyətlə qatılıb.
Təəssüflər olsun ki, mundialın geridə qalan günlərində körpücük üzərinə çıxan atletlərimizdən he biri fərqlənə bilməyib.
Körpücük üzərində ilk çıxan atletimiz Nazilə İsmayılova olub ki, o da D qrupunda toplam 135 kq (60+75) nəticə göstərməklə 34-cü yeri tutub. Mundialda körpücük üzərinə çıxan ikinci təmsilçimiz İsa Rüstəmov olub. 67 kq çəki dərəcəsində yarışan atletimiz dizindəki zədə üzündən ilk yanaşmasından (128 kq) sonra yarışdan imtina etmək qərarına gəlib. Mübarizəyə qatılan növbəti atletimiz - Ömər Cavadov da heç nə ilə yadda qalmayıb. 73 kq çəki dərəcəsində güc nümayiş etdirməyə çalışan atletimiz birdən qaldırma hərəkətində 145 kq-ın öhdəsindən gələ bilməyib və yarışı nəticəsiz başa vurub.
Mundial davam edir. Yarışlara sentyabrın 17-də yekun vurulacaq. Qalan günlər ərzində, biri qadın olmaqla, daha 3 atletimiz nəyə qadir olduğunu göstərməyə çalışacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.