GÜLƏŞ
--------------
Aleksandr Tarakanov: "Məqsədimiz bacardıqca çox sayda lisenziya qazanmaqdır"
Sentyabrın 16-da Belqradda (Serbiya) güləş üzrə startı veriləcək lisenziya xarakterli dünya çempionatından öncə Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov yetirmələrinin mundiala hazırlıqları ilə bağlı mətbuata verdiyi açıqlamasında belə deyib.
"Bizim dünya çempionatında yaxşı çıxış etməyimiz və Paris-2024-ə lisenziya qazanmağımız üçün AGF bizə yaxşı şərait yaradıb. Bu çempionatdan sonra da lisenziya xarakterli turnirlər olacaq. Bunu deməklə, heç də özümü sığortalamaq istəmirəm. Uşaqlar hamısı yüksək əhval-ruhiyyədədirlər. Yəqin ki, hər şeyi döşək üzərindəki mübarizə göstərərk. Ümid edirəm ki, bu il mundialdakı göstəricimiz ötənilkindən yaxşı olacaq. Bilirsiniz ki, yığmamız bu il Avropa çempionatında yaxşı çıxış etdi. Avropa çempionatının 5 finalı bizim güləşçilərin iştirakı ilə keçdi. Gənc güləşçimiz Həsrət Cəfərov (67 kq) mundialda qızıl qazanmağa tam hazır vəziyyətdədir. Sənan Süleymanovun (77 kq) iki ciddi zədəsinin olmasına baxmayaraq Dünya Kubokunda əzmlə güləşdi. Bir sözlə, demək olar ki, onlar hamısı yaxşı notlar üzərində kökləniblər. Açığı deyim ki, mundialda mənim heç də yaxşı məşqi adını qazanmaq məqsədim yoxdur. Yalnız bir məqsədim var ki, o da çoxlu sayda lisenziya qazanmaqdır. Uşaqlar özlərinə inanırlar. Hesab edirəm ki, biz düzgün qaydada hərəkət edirik" - Aleksandr Tarakanov
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.