Özbəkistanda Türk dünyasının mədəniyyət paytaxtı – Şuşaya dair poçt markası buraxılıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü ilin digər əhəmiyyətli hadisəsi – Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Özbəkistanda Şuşaya həsr olunmuş xüsusi xatirə poçt markasının buraxılması layihəsini həyata keçirib.
«Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti» adlı poçt markasının buraxılışı layihəsinə Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərmiş, markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.
Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli mütəfəkkirlər, şairlər, tanınmış Şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan «Xarıbülbül» çiçəyinin rəsmi öz əksini tapmışdır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Beynəlxalq Türk Mədəniyyəti və irsi Fondu, hər iki ölkənin Mədəniyyət Nazirliklərinin dəstəyi ilə birgə Özbəkistanda Şuşa günləri tədbirləri keçirilmiş, Vikipediyada Şuşaya dair özbək dilində bölmələr yaradılmış, Qarabağa - Şuşaya Özbəkistan KİV nümayəndələrinin media-turlar təşkil edilmiş, yaxın zamanda isə şəhərə dair bir neçə aparıcı dildə ensiklopedik nəşr də çap ediləcəkdir. Verilən məlumatda sözügedən layihələrin ilin sonuna qədər davam edəcəyi də vurğulanır.
Qeyd edək ki, «Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı» adlı poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeyləri, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, poçt markasının Daşkənddə və Bakıda təqdimat mərasimləri də keçiriləcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.