“Yaradıcı oxucularımız” layihəsinə yeni nağıl təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni nağıl təqdim etdi.
Nağılda yazıçı yarpağın dili ilə ətrafdakıların insana necə təsir etdiyindən danışır. Nağılda yazıçı uşaqlara dostluğun və dostun dəyərini alleqorik dillə izah edir.
Kor dilənçi
Baharın gözəl çağı idi.
Kor dilənçi ağır addımlarla həmişəki yerinə gəldi. Əyilib əlinin hərəkəti ilə həmişə əyləşdiyi daşı tapdı. Yerini rahatlayandan sonra köhnə, qulpu qırılmış fincanı çirkli torbasından çıxardı. Fincanı köynəyinin ətəyi ilə silib qarşısında yerə qoydu.
Sərin meh əsirdi.
Dilənçi küçədən keçənlərin ayaq səslərini eşidirdi, amma nədənsə bu gün heç kim ayaq saxlayıb qırıq fincana pul atmırdı.
O, birdən hiss etdi ki, dizinin üstünə nə isə düşdü. Dilənçi əli ilə dizinin üstünə düşən yüngül əşyanı axtardı. Bu bir yarpaq idi. Kor dilənçi əlinin təması ilə hiss etdi ki, bu yarpaq xəzəl deyil, ağacdan yenicə qopan yaşıl yarpaqdır. O, əli əsə-əsə yarpağı burnuna yaxınlaşdırıb qoxuladı. Dilənçi yarpağın xoş ətirdən az qaldı bihuş olsun. Bu ətirdən ruhu titrədi, ürəyi əsdi.
Kor dilənçi astaca pıçıldadı:
Belə gözəl ətir haradandır səndə? Sən cənnət gülündənmi qopub gəldi? Bu nə rayihədir, hansı gülün yarpağısan?
Yarpaq dilə gəlib yavaşca dedi:
Nə cənnətdən gəlmişəm, nə də ətirli gülün yarpağıyam. Mən tikan kolunun yarpağıyam. Amma yaxınlığımda gözəl, ətirli bir gül kolu var idi. Onunla ünsiyyət qurub, dostluq etmişəm. Yarpağımda olan ətir o gülə olan sevgidən yaranıb. Onun səmimiyyətindən mənim yarpaqlarım belə ətirlidir.
Kor dilənçi dərindən bir ah çəkib dedi:
Kaş ki, zamanında mən də bu hikməti biləydim...
Kaş mən də kiminlə dostluq etmək lazım olduğunu dərk edəydim...
Gör, mən nələri itirmişən...
Birdən yarpaq kor dilənçinin əlindən yerə düşür. O, əlini torpağın üstündə gəzdirsə də ətirli yarpağı tapa bilmir. Xəfif meh atrıq yarpağı uzağa aparmışdı...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.