Azərbaycan Yazıçılar Birliyində tanınmış yazıçı, publisisit Nüşabə Məmmədlinin yubileyi qeyd olundu
Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının informasiya dəstəyi ilə AYB-nin Natəvan klubunda tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin yubileyinə həsr olunmuş tədbir keçirildi.
Yubiley tədbirində tanınmış ziyalılar, yazıçı və şairlər, dövlət orqanlarının və KİV nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə şair və yazıçı, AYB-nin Güney Azərbaycan Şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz açdı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
S.Aruz yubiley iştirakçılarına yazıçı, publisist Nüşabə Məmmədlinin yaradıcılığı haqqında qısa məlumat verdi. O qeyd etdi ki, N.Məmmədli Qarabağ faciələrindən çoxlu əsərlər yazıb. Onun “Zəngulə” romanı çox dərin və güclü romandır. Yubilyarın əsərləri Türkiyədə də çox sevilir və oxunur, böyük tirajla nəşr olunur. N.Məmmədli gözəl tədqiqatçıdır. O, ilk romanını böyük alim Əzizə Cəfərzadəyə həsr edib və onu yad edərək ədəbiyyata gəlib. S.Aruz qeyd etdi ki, XXI əsrdə aparılan informasiya müharibəsində biz böyük əsərlər yazaraq, KİV-lərdə çıxış edərək insan şüuruna qalib gəlməliyik.
AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli yubilyarı təbrik etdi və çıxışında qeyd etdi ki, N.Məmmədli həm yazıçı, həm publisist, həm də esseistdir. Çıxışının sonunda E.Hüseynbəyli AYB rəhbərliyinin N.Məmmədliyə ünvanlanmış təbrik məktubunu oxudu.
Şair Firuzə Məmmədli çıxışında N.Məmmədlinin zəngin yaradıcılığından danışaraq, onu şəxsiyyət, ictimai xadim və ədib kimi xarakterizə etdi. F.Məmmədli vurğuladı ki, N.Məmmədli liderdir, cəsur ictimayətçi və çox istedadlı yazıçıdır. O qeyd etdi ki, N.Məmmədli daxilən qəhrəmanlığa meyillidir, haqq uğrunda mübarizə aparır və bütün bunlar onun yazdığı əsərlərdə öz əksini tapır. Yazıçı əsərlərində etnoqrafik məqamlara tez-tez toxunur, onları dolğun təsvir edir. Bu dəyərləri, adət ənənələri qorumaq çox vacibdir və Nüşabə xanım bunu edir. N.Məmmədli kamil publisistdir, onun iti qələmi var. O, cəsarətlə riskli mövzulara toxunur.
AYB-nin katibi, yazıçı, şair İlqar Fəhmi yubilyarı təbrik etdi və qeyd etdi ki, o N.Məmmədlinin yaradıcılığını izləyir. N.Məmmədli mütəmadi olaraq AYB-nin mətbu orqanlarında çıxış edir.
Yazıçı, AYB-nin məsləhətçisi Seyran Səxavət təbriklərə qoşuldu və qeyd etdi ki, Nüşabə Məmmədlinin “Zəngulə” əsəri təsadüfi əsər deyil. Hansı xalqın belə bir romanı və erməni kimi qonşusu olsaydı bu əsəri bütün dünyaya yayardı. Rəhimənin taleyini yazmaq tək adamın işi deyil. Nüşabə xanım bunun öhdəsindən məharətlə gəlib. Zəngulə – muğamın sos, həyəcan siqnalıdır, romanın adı çox uğurludur, əsər gözəl dilnən yazılıb.
Yazıçı, tərcüməçi, tənqidçi, AYB-nin şöbə müdiri Səlim Babullaoğlu N.Məmmədlini təbrik etdi və qeyd etdi ki, onun əsərləri öz oxucusunu tapıb. N.Məmmədli Vətən mövzusu ilə məşğul olur və yazıçıların öndərlərindəndir. Onun əsərləri rus, ingilis, türk dillərinə tərcümə olunub. Bu əsərlərin təbliği istiqamətində lahiyələr həyata keçirilməlidir.
Şair-publisist Fəxrəddin Meydanlı qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərləri bir-birini tamamlayır. Müəllif cəsur, mərd, sözü deməyi bacarandır. F.Meydanlı N.Məmmədliyə yaradıcı ömür arzuladı.
Politoloq, publisist, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Nüşabə Məmmədlini təbrik etdi və qeyd etdi ki, N.Məmmədli M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusudur və oxucuların çoxsaylı xahişi ilə onun yaradıcılıq gecəsi təşkil olunacaq. Nüşabə xanım müxtəlif janrlarda yazır: roman, povest, hekayə, esse, satirik və alleqorik hekayələr, mənsur şeir və hətta bayatılar. Amma onun yaradıcılığının qırmızı xətti Qarabağ mövzusudur. Nüşabə xanımın əsərlərini çox mütaliə edirlər, kitabxanalarda həmin əsərlərə böyük təlabat var, onunla maraqlı və səmimi görüşlər keçirilir. O qeyd etdi ki, Nüşabə xanımın əsərləri həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tanınır. Nüşabə Məmmədli haqqında vikipediyada olan material altı dildədir. “Zəngulə” əsəri mənə çox təsir etdi, bu tarixi-sənədli romandır. Əsərdə müharibə dəhşətlərindən, əsir düşmüş qadınların taleyindən bəhs edilir. Bu əsərə tədqiqatçılar tez-tez müraciət edəcəklər. Müəllifə bu əsərə görə Q.R.Derjavin ordeni təqdim edilib. Nüşabə xanımın hekayə və mənsur şeirləri çoxsaylı oxucu auditoriyasını qazanmışdır.
İqtisadçı Azər Əlizadə N.Məmmədlini təbrik etdi və onun zəngin yaradıcılığından danışaraq qeyd etdi ki, o çox dəyərli yazıçıdır, onun yaradıcılığı oxucunun diqqətini cəlb edir, maraq yaradır.
Yazıçı Zemfira Məhərrəmli N.Məmmədlini təbrik etdi və qeyd etdi ki, N.Məmmədli təsisçi olduğu “Yazıçı qadınlar” jurnalında onun da məqalələri dərc olunub. Daha sonra o, “Zəngulə” romanı ilə bağlı təssüratları ilə bölüşdü və qeyd etdi ki, bununla bağlı öz düşüncələrini də yazıb. O, vuğuladı ki, romanda Azərbaycan kişisinin xəcalət sindromu qeyd edilir, hər bir oxucunun içində ermənilərə qarşı nifrət hissi oyanır.
Yazıçı Etibar Muradxanlı N.Məmmədlini təbrik etdi və qeyd etdi ki, o peşəkar jurnalist, müəllim, gözəl tədqiqatçıdır.
Şair Xalidə İlyasqızı N.Məmmədlini təbrik etdi və vurğuladı ki, müəllif on bir roman yazıb. “Zəngulə” isə sensasiya yaradan bir romandır. Romanda elə səhnələr var ki, onlar insanı lərzəyə gətirir. Əsir düşmüş Azərbaycan qadınlarına dəhşətli işgəncələr verilib və bunları gələcək nəsillərimiz bilməlidir. Sonda X.İlyasqızı N.Məmmədliyə həsr etdiyi şerini səsləndirdi.
Şair Kəmalə Abıyeva və yazıçı Mənzər Niyarlı yubilyarı təbrik etdilər, ona yaradıcılıq uğurları arzuladılar.
Şair, yazıçı, publisist Əliabbas Bağırov N.Məmmədlinin yaradıcılığından danışdı onun əsərlərinin çox təsirli olduğunu qeyd etdi.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova N.Məmmədlinin yaradıcılığından danışaraq qeyd etdi ki, “Zəngulə” romanını dünyaya çatdırılması önəmlidir.
Şair Nafilə Abuzərli qeyd etdi ki, Nüşabə xanımın bütün əsərləri kitabxanalarda var. Bu əsərlər həm həyatı təsviri cəhətdən, həm dramatik cəhətdən çox maraqlıdır.
Ziyalı Lünafər Məmmədli qeyd etdi ki, mən “Zəngulə” romanının əlyazmasını oxuyanda çox təsirləndim. Müəllif onu göz yaşları ilə yazmışdır.
Müəllim Talehə Abbasova N.Məmmədlinin əsərlərinin çox mütaliə olduğundan danışdı, onun gözəl araşdırmaçı olduğunu və minlərlə əsir düşən qadınlarla görüşdüyünü qeyd etdi.
Aktrisa, bədii qiraətçi Zülfiyyə Eldarqızı N.Məmmədlinin “Zəngulə” romanından bayatılar və şair Nəzakət Məmmədlinin “Qarabağa bahar gəlir, İlahi” şeirini səsləndirdi.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) aparatının yubilyara ünvanladığları təbrikləri oxundu.
Tədbirin sonunda yubilyar Nüşabə Məmmədli AYB-nin rəhbərliyinə və tədbirdə iştirak edənlərə dərin təşəkkürünü bildirdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.