Məktəbdə sinif, universitetdə qrup yoldaşı... – MÜSAHİBƏ
Bir ailənin iki sevinci. Gözlərindəki sevincdən tələbəliyin verdiyi ilk həyəcan duyulur... Onlar eyni məktəbin eyni sinfini bitirərək, BDU-nun Hüquq fakültəsinə yüksək balla qəbul olunan Fatimə və Fidan Allahverdiyeva bacılarıdır.
Müsahiblərim bütün yolları birgə addımlayıblar. Bu, suallarımıza verdikləri cavablardan da hiss olunur...
- Bu gün tələbə adını birlikdə qazanmaq necə bir hissidir?
- Fatimə: Biz 11 il bir sinfi oxuyub, universitetə birlikdə hazırlaşmışıq. Bu prosesin özü belə bizim üçün çox maraqlı idi. Çünki hazırlaşdığımız ixtisas qrupu, sahə və məqsədlər eyni olduğu üçün daim bir-birimizə dəstək olurduq. İndi isə arzularımızı reallaşdırmışıq. İkimiz də istədiyimiz sahəni ən yaxşı şəkildə tədris etdiyini düşündüyümüz BDU-nun tələbəsiyik. Bu yolda da uğurlar qazanacağımıza şübhəmiz yoxdur.
- İkinizin eyni yerə hazırlaşması hansısa üstünlüklər verirdimi? Hazırlıq prosesində çətinliklər yaşayırdınızmı?
- Fidan: Təbii ki, abituriyent olmağın müəyyən çətinlikləri var. Belə ki, biz əsas vaxtımızı dərslərimizə ayırmalıyıq. Amma dərslərə fokuslanmaqla yanaşı, başqa məşğuliyyətlərlə də maraqlanmağın faydalı olduğunu düşünürəm, çünki bəzən dayanmadan dərslərə hazırlaşmaq öyrəndiyimizin keyfiyyətini aşağı salır. Mən məhz imtahana hazırlıq dönəmində paralel şəkildə 2 dəfə Respublika Fənn Olimpiadasının (RFO) qalibi olmuşam.
- Fatimə: Buna görə də mən daim günümü planlamağa çalışırdım. Məncə, planlı olmaq çox dəyərli olan vaxtımızı düzgün idarə etməkdə effektiv vasitədir. Hazırlıq ərəfəsinin bir hissəsi pandemiya dövrünə düşdükdən sonra bu prosesi onlayn formada davam etdirməyə başladıq. Onlayn dərslərin qazandırdığı vaxt bizim sona qədər dərslərimizi belə davam etdirməyimiz qərarına gəlməyimizə səbəb oldu. Abituriyentlik dövrümüzdə də bu şəkildə vaxt qazanmış olduq.
- “Dərslərin çoxluğu qazanılacaq digər uğurlara maneə deyil” – deyən müsahiblərimiz asudə vaxtlarını necə keçirirdilər?
- Fidan: Boş vaxtlarımız adətən fənn olimpiadalarına, intellektual oyunlara hazırlaşmaqla keçirdi. İkimiz də RFO-da iştirak edib, təcrübələrimizi bir-birimizlə bölüşürdük. Mən İTV-də yayımlanan "Əlaçı" yarışında bir neçə dəfə iştirak edərək qalib də olmuşam. Bir sözlə, gələcək həyatımızda indi əldə etdiyimiz bəzi nailiyyətlərin və sosial aktivliyin payı olacaq.
- Uşaqlıqdan ikiniz də hüquqşünas olmağı qərarlaşdırmısız. Niyə məhz hüquqşünaslıq?
- Fatimə: Kiçik yaşlarımızdan hüquq sahəsini çox sevirdik. Bu fakültə də III qrupda olduğu üçün məhz bu qrupu seçməli olduq. Gələcəkdə bu adı qazanmaq istəyənlərə isə deyə bilərik ki, istədikdən və səy göstərdikdən sonra əldə edə bilməyəcəyiniz heç nə yoxdur.
- Ali məktəbə daxil olmaq hər gəncin arzusudur. Bəs o xəyalların gərçək olması necə bir hissdir? Sözsüz, burada ən maraqlı məqam bir ailədən iki nəfərin qəbul xəbəridir…
- Fidan: Bəli, hər bir abituriyentin məqsədi təhsil və gələcəyini sağlam təməl üzərində qurmaqdır. Bacımın tələbə yoldaşım olması hamımızı sevindirdi. Bu sevinc onunla birlikdə təhsil aldığım BDU-da da davam edəcək. Bir ailənin iki üzvünün eyni anda yüksək nəticə ilə istəklərinə nail olması hər kəs tərəfindən xüsusi rəğbətlə qarşılanır.
- Fatimə: Bu ixtisası qərarlaşdırandan BDU bizim üçün ən yaxşı seçim idi. Şükürlər olsun ki, artıq bu universitetin tələbələriyik. İxtisasımızı və universitetimizi sevirik.
- Abituriyentlərə nə demək istərdiniz?
- İstədiklərinə nail olmaq uğrunda daim səy göstəsinlər. Maneələr ola bilər, əsas məsələ bunlardan nəticə çıxarmaq və yoluna dayanmadan davam etməkdir. Sonda qazanılan uğur həyatlarının əvəzsiz sevincinə çevriləcək. Bu gün Fatimə ilə mənim yaşadığım da məhz budur.
Nurlan Cəbrayılzadə
BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.