Seyran Ohanyan: Ermənilərin çoxu Qarabağdan köçmək istəyəcək
Qarabağın işğalında xüsusi rol oynamış Ermənistanın keçmiş müdafiə naziri, parlamentin hazırkı deputatı Seyran Ohanyan Azərbaycanın antiterror tədbirlərindən sonra yaranmış vəziyyəti şərh edib.
“Hraparak”a açıqlamasında Seyran Ohanyan separatçıların təslim olmasından məyus olduğunu gizlətməyib.
“Düşünürəm ki, dünənki bəyanatda hər şey deyilib və bugünkü danışıqlar da həmin sənəd əsasında aparılacaq. Hesab edirəm ki, bəyanatda qeyd olunan üç məqam danışıqlarda diqqət mərkəzində olacaq. Bu danışıqlar Qarabağdakı erməni əhalisinin taleyini də həll edəcək”.
Seyran Ohanyan separatçıların “rəhbərliyini” tənqid edənlərlə razılaşmayıb:
“Bu gün çoxları “Artsax hakimiyyəti”ni tənqid edir, lakin bu gün heç kimin buna haqqı yoxdur. Ermənistan hakimiyyəti “Artsaxı” tək qoyub və onlar Azərbaycan hakimiyyətinə qarşı tək olduqları üçün bu gün faktiki olaraq danışıqlar aparırlar. Məncə, “Artsax erməniləri”nin çoxu Ermənistana köçmək istəyəcək. Bəziləri fərqli fikirdə ola bilər və qalmaq istəyə bilər, çünki siz heç kimi öz evini tərk etməyə məcbur edə bilməzsiniz”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.