Paşinyandan xalqa müraciət: Sülh Ermənistanın müstəqilliyini təmin edən amildir
Çoxları hesab edir ki, regiondakı bu gərgin şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil, lakin xüsusən bu şəraitdə sülhə dəyər vermək lazımdır.
Bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan müstəqillik günü münasibətilə xalqa müraciətində səsləndirib.
Paşinyan deyib ki, bu gün biz çətin dövrdə yaşayırıq, təsvirolunmaz fiziki və psixoloji iztirablar yaşayırıq. Lakin bu sınaqlardan niyə keçməli olduğumuzu başa düşmək vacibdir.
“Regiondakı bu gərgin şəraitdə, sülhə dəyər verilməlidir. Sülh barışıq, yaxud atəşkəslə qarışdırılmamalıdır. Sülh münaqişələrdən, dövlətlərarası və etnik münaqişələrdən uzaq bir mühitdir. Bu yol asan deyil, xarici və daxili sarsıntılardan keçir. Biz müstəqillik, dövlətçilik, gələcək naminə bu yolu keçməliyik”, - deyə Paşinyan vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.