KİKBOKSİNQ
--------------------
Adil Əliyev: "Canını düşünmədən Vətən yolunda qurban verən şəhidlərimizə borcluyuq"
Bu gün millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə Bakı İdman Sarayında kikboksinq üzrə kişilər və kadetlər arasında sayca 27-ci olan Azərbaycan çempionatı və birinciliyinin təntənəli açılış mərasimi oldu. Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edildi. Bunun ardından Milli Məclis Sədrinin müavini. Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyev tədbiri giriş sözü ilə açıq elan edərək çıxışına başladı.
Bu günkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu deyən Adil Əliyev hazırki ölkə başçısı İlham Əliyevin ümummilli liderin siyasi xəttinin bütün sahələrdə layiqli davamçısı olduğunu və bu xətti uğurla davam etdirdiyini qeyd etdi.
O, Prezident İlham Əliyevin ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək bildirdi ki, məhz bu qayğı sayəsində rəsadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizlərə tarixi qələb sevincini yaşadıb. Qarabağda aparılmış lokal xarakterli antiterror tədbirlərdən bəhs edən Adil Əliyev 24 saatdan da az bir vaxtda separatçıların bütün silahlarının sıradan çıxarılması və onların təslim olmağa məcbur edilmələri haqda da məlumat verdi.
Adil Əliyev çıxışını bu sözlərələ bitirdi: "Məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xususən də düşünmədən bu yolda canını qurban vermiş şəhidlərimizə borcluyuq. Qələbəmizin memarı olan bu qəhrəmanlar Vətən yolunda canlarını qurban verərək, bizə tarixi qələbə bəx ediblər".
Qeyd edək ki, Adil Əliyev tədbirə dəvət edilən şahid ailələri və qazilərlə xatirə əkilləri də çəkdirdi.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.