Terror və qətl etmək bütün səmavi dinlərdə‚ yəni hər 3 dində qadağan olunmuş‚ günah və cinayət əməlidir. Terrorun dili‚ dini‚ irqi yoxdur. Terror birmənalı olaraq ən ağır cinayət əməli və bağışlanmaz günahdır. Elə İslam dinində də terror və qətl etmək ən ağır günah sayılır. Dilindən‚ dinindən və irqindən asılı olmayaraq terror törədən‚ günahsız insan qanı axıdan‚ qətl edən hər kəs kafirdir lənətlənməlidir. Hüquqi tərəfdən isə bütün beynəlxalq hüquq tendensiyalarına və qəbul edilən beynəlxalq konvensiyalara görə terror törədən şəxs ən ağır və ən təhlükəli cinayətkar hesab edilir. Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş xain terror əməli də ən ağır cinayət əməlidir. Səfirlik binası Diplomatik ərazidir və həmin ölkəyə məxsusdur və həmin əraziyə icazəsiz və zorla daxil olmaq beynəlxalq qanunlarla qəti qadağandır. Bir ölkənin Səfirliyinə cinayət yolu ilə zorla daxil olmaq özü ayrıca ağır cinayətdir. Həmçinin Səfirlik əməkdaşlarına silahlı hücum edərək qətl etmək və bütün əməkdaşları öldürməyə çalışmaq‚ bu səbəblə bir neçə şəxsi ölümcül yaralamaq qanlı terrordur və mövcud dünya qanunları ilə ən ağır cinayət əməlidir. Bu hadisə təkcə Səfirlik əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi yox‚ eyni zamanda bütövlükdə həmin ölkəyə qarşı törədilmiş əməldir.
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı qətiyyətlə pislənməli və lənətlənməlidir. Bu qanlı terror əməlinin arxasında mütləq ki‚ hansısa mənfur və məkrli qüvvələr dayanır. Bu ağır cinayəti törədənlər və bu cinayəti planlayanlar ən ağır şəkildə cəzalanmalıdır.
İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi olaraq bu qanlı terror hadisəsini şiddətlə pisləyir‚
Azərbaycan xalqına və dövlətinə‚ terror hadisəsi zamanı həlak olan Səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir‚ hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.