TENNİS
-------------
Roje Federer kort üçün, hər şey üçün darıxıb
Dünyanın sabiq bir nömrəli raketka ustası Roje Federer (İsveçrə) "Ubitennis" nəşrinə maraqlı açıqlama verib. O, peşəkar tennisçi karyerasını bitirəndən sonrakı həyatından danışıb və eyni zamanda tennis üçün, kort üçün, ümumiyyətlə hər şey üçün darıxdığını da gizlətməyib.
"Əlbəttə ki, mən tennis üçün darıxıram. Ümumiyyətlə, kort üçün, kortda baş verən həyacanlı anlar üçün, bir sözlə hər şey üçün darıxıram. Kuboku baş üzərinə qaldırmaq, azarkeşlərin məhəbbəti üçün də darıxmışam. Təbbi ki, karyeram dövründə səfər etdiyim bütün yerlər üçün darıxıram. Mənim həmin yerlərdə çoxlu sayda dostlarım var. Açığı deyim ki, mənim heç bu gündə çoxlu vaxtım yoxdur. Çünki indi dörd uşağımla məşğul oluram. Vaxti ilə peşəkar tennisçi olduğum kimi, indi də uşaqlarım üçün peşəkar sürücüyəm. Mən həm də uşaqlarımın təşkilatçı meneceriyəm" - Federer "Ubitennis"ə açıqlamasında belə deyib.
Xatırladaq ki, 42 yaşlı tenisçi 2022-ci ildə karyerasını bitirib. Bu illər ərzində 20 dəfə Böyük Dəbilqəni udan Federer 6 dəfə ATR-nın ilin yekunu turnirini, 111 dəfə isə başqa turnirləri qələbə ilə bitirib. Onu da qeyd edək ki, Federerin medallar kolleksiyasında Olimpiada-2008-n qızıl medalı da var.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.