Ucqar kəndlərdən olan məktəbli qızlar üçün sosial ekskursiya
“Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi, “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icrası ilə “Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Masallı və Lənkəran rayonun sosial obyektləri və sahibkarlıq subyektlərinə ekskursiya təşkil edilib.
Ekskursiyada Astara rayonunun Asxanakəran, Pəlikəş, Rinə, Tüləkuvan, Lerik rayonun Hamarmeşə və Günəşli kənd məktəblərini təmsil edən ümumilikdə 25 nəfər məktəbli qız və hər məktəbdən 1 nəfər olmaqla 6 nəfər direktor-müəllim heyəti iştirak edib.
Lənkəran şəhər Mədəniyyət Mərkəzində toplaşan tədbir iştirakçılarına təşkilatın sədri, layihə rəhbəri İntiqam Səfərov və layihənin məsul əməkdaşı Vamiq Babayev tərəfindən proqram barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində Masallı ASAN həyat kompleksində yerləşən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinə səfər edilib, mərkəzin rəhbəri Ziya İsmayılov iştirakçılara uşaq və qadın hüquqları, yaşama hüququ, bu istiqamətdə qəbul edilmiş bəzi beynəlxalq konvesiyalar və digər məsələlərlə bağlı qısa məlumatlar verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonra iştirakçılar Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində toxuculuq işləri, orada çalışan toxucu xanımlarla tanış olub və mərkəzin rəhbəri Tünzalə Abuzərova tərəfindən məlumatlandırılıb.
Lənkəran rayonunda keçirilən görüş zamanı isə İstisu qəsəbəsində fəaliyyət göstərən “Sitrus valley” fermer təsərrüfatının sahibi Rəftarə Şükürova məktəbli qızlarla qadın sahibkar olaraq bu yolda qarşılaşdığı çətinlik və əldə etdiyi uğurlarla bağlı motivasiyaedici söhbətlər aparıb.
İştirakçılar Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib və Mərkəzdə yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyində olublar. Mərkəzin rəhbəri Famil Məmmədov, eləcə də könüllü gənc xanımlarla məktəbli qızlar arasında onların inkişafına yönəlik motivasiya xarakterli söhbətlər edilib. Görüş zamanı Lənkəran Dövlət Universitetinin müəllimi, layihə üzrə ekspert Samir Salayev məktəbli qızların gələcək sosial həyatında könüllülüyün əhəmiyyətindən danışıb.
Proqram çərçivəsində məktəbli qızlar Lənkəran Tarix- Diyarşünaslıq Muzeyini ziyarət edib və muzey bələdçiləri tərəfindən məlumatlandırılıblar.
Yekunda ekskursiya proqramından xoş təəssüratla ayrılan 25 məktəbli qızın hər birinə sertifikat təqdim edilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd kənd yerlərində məktəbli qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin savadlı kadrlarının yetişdirilməsində qadınların rolunun artırılmasına dəstək olmaqdır.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.