BDU EİFL beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası EİFL (Electronic Information for Libraries) beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub. Vilnüs şəhər Adomas Miçkyaviçyus adına Kütləvi Kitabxanasının (Vilnius County Adomas Mickevičius Public Library) ev sahibliyi etdiyi tədbir Litva Elmi Kitabxanalar Konsorsiumu (LMBA) ilə birgə təşkil edilib. BDU-nun Elmi Kitabxanasında fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) 2003-cü ildən EİFL-in üzvüdür. Elmi Kitabxana Baş Assambleyada iştirakla yalnız BDU-nu deyil, eyni zamanda Az.KİK-ə üzv olan akademik kitabxanaları təmsil edib.
Bütün tərəfdaş ölkələri bir araya gətirən Baş Assambleya EİFL-in ildə bir dəfə keçirilən əsas toplantısıdır. Tədbirin əsas məqsədi üzv olan ölkə konsorsiumları və aparıcı nəşriyyatlarının peşəkar mütəxəssisləri ilə bir araya gələrək bilik və bacarıqları paylaşmaq, informasiya çeşidini artırmaq, maarifləndirməni genişləndirmək, inkişaf etməkdə olan və keçid dövrü yaşayan ölkələrdə cəmiyyət üzvlərinin elmi elektron informasiyadan istifadəsini təmin etməkdir.
Baş Assambleyada 32 xarici ölkədən 83 nümayəndə və 11 beynəlxalq nəşriyyatın təmsilçiləri iştirak edib. Tədbirin ilk günündə açıq giriş, müəlliflik hüququ, hüquqi sənədlərlə iş və kitabxanalarda innovativ proqramların tətbiqi haqqında təqdimatlar edilib. Litva Elmi Kitabxana Konsorsiumunun beynəlxalq nəşriyyatlar, yerli universitetlər, tədqiqat institutları ilə əməkdaşlıq fəaliyyəti və qazandığı təcrübə konsorsium rəhbərinin çıxışında paylaşılıb.
Akademik kitabxanalarda tədqiqatlara dəstək üzrə təcrübənin öyrənilməsi, universitet kitabxanalarında konsorsiumlar vasitəsilə bilik mübadiləsi mövzularına həsr olunmuş növbəti gün 32 ölkə üzrə konsorsium rəhbəri və koordinatorların, o cümlədən BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, Az.KİK-in rəhbəri Cəmilə Yusifovanın çıxışları dinlənilib. Kitabxana sahəsi üzrə beynəlxalq səviyyədə ixtisaslaşmış məruzəçilər ilə elmi ünsiyyət və tədqiqatların qiymətləndirilməsi, məlumat bazalarının çeşidləri və xidmətləri, elektron resurslardan lisenziyalar əsasında istifadənin təşkili və s. mövzular barədə müzakirələr aparılıb.
Tədbirin son günündə müxtəlif rəqəmsal obyektlərə verilən uzunmüddətli istinad növləri (DOI, ORCID, ROR, CrossRef), davamlı identifikatorlar haqqında son yenilənmələr təqdim edilib. Nüfuzlu beynəlxalq nəşriyyat və aqreqatorların (EBSCO, Sage, Cambridge University Press, Oxford University Press, Brill, İOP) təmsilçiləri ilə görüşlər keçirilib, abunəlik və lisenziyalaşdırma üzrə danışıqlar aparılıb.
BDU-nun nümayəndə heyəti Vilnüs Universitetinin Kitabxanasında olub, bu kitabxana ilə BDU-nun Elmi Kitabxanası arasında gələcək əməkdaşlıq müzakirə edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.