Erməni jurnalist Qarabağ separatçılarının yalanını üzə çıxartdı
Erməni jurnalist Bella Lalayan Xankəndidəki anbarların ərzaqla dolu olmasını əks etdirən kadrları yayımlayıb və ləğv edilmiş xunta liderlərini ittiham edib ki, onlar Qarabağ ermənilərini alçaldıb.
O, bu barədə öz Facebook səhifəsində yazıb.
“Əxlaqsızlar. Mən bilmirəm sizə nə ad verim. Qarabağ ermənilərinə verdiyiniz əzablı günlərə və cəhənnəmə görə əvəzini ödəyəcəksiniz. Canavarlar! Benzin çənini partladan siz deyildiniz???Qarabağı yeyən adamyeyənlər! Ürəyimi soyutmaq üçün nə deyəcəyimi bilmirəm”, - deyə Bella Lalayan qeyd edib.
Yeri gəlmişkən, bu paylaşım Azərbaycanın Qarabağ bölgəsində heç bir “blokada”nın olmadığını, separatçıların Azərbaycana böhtan atmaq və ləkələmək üçün qəsdən “aclıq” haqqında yalan danışdıqlarını bir daha nümayiş etdirir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.