Akif Ağayev:
Masallıda “Cəbrayıl şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib
“27 illik həsrətə son”
Masallı rayonunda “Cəbrayıl şəhəri günü” münasibəti ilə “27 illik həsrətə son” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev parkında Ulu Öndərin abidəsini, Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə-kompleksini ziyarət edib, abidələr önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində geniş zalında davam edən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının fəalları, müəssisə və təşkilat rəhbərləri, Cəbrayıl rayonundan məcburi köçkünlər, şəhid ailələri, qazilər, rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirilib.
Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova geniş nitqində bildirib ki, ölkə rəhbərinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və hər il müvafiq tarixlərdə həmin şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur: “Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonunun daha 9 kəndinin işğaldan azad olunduğunu elan etdi. Dövlət başçısının 2020-ci il dekabrın 24-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. 44 günlük Vətən müharibəsində düşmən üzərindəki zəfərimizdən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Müzəffər Ali Baş Komandanımız Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Həmçinin Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə oldu…”
Birinci və İkinci Qarabağ müharibəsi qazisi, Cəbrayılın azad olunmasında iştirak etmiş zabit Cəmaləddin Məmmədov, Cəbrayıl rayonundan olan məcburi köçkün Qurban Həşimov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov çıxışlarında Vətən müharibəsindəki tarixi qələbəmizdən, Cəbrayılın azadlığından, 27 il ərzində əldə edilən uğurlardan bəhs ediblər: “İşğaldan azad edilən ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Prezidentinin ətrafında birləşəcək…”
Sonda Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında “Qələbə müjdəsi“ adlı ədəbi-bədii kompozisiya nümayiş edilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.