FUTZAL
--------------------
Futzal yığmamız evdə Qazaxıstanla bacarmayıb
Bu gün futzal üzrə DÇ-2024-ün elit-mərhələsinin qrup oyunları çırçəvəsində sayca 3-cü olan növbəti turun oyunları keçirilib. Turnirin A qrupunda yer alan Azərbaycan yığması doğma divarlar arasında Qazaxıstan millisini qəbul edib. Təəssüflər olsun ki, baş məşqçisi Vitali Borisov oaln Azərbaycan yığması doğma divar arasında qonaq komandayla bacarmayıb. Meydanda öz "qonaqpərvərliyini" nümayiş etdirən Azərbaycan yığması bunun nəticəsi olaraq meydanı 2:4 hesablı məğlum durumda tərk edib. Azərbaycan yığmasından qolları Xadi Ahmedi (12-ci dəq) və Maneka (40-cı dəq) vurub. Qonaq komandanın heyətində isə Orazov (23), Duqlas (27), Tursaqulov (36) və Edson (39) fərqlənib.
Baş məşqçi Vitali Borisov bu oyunda aşağıdakı futzalçıların xidmətindən yararlanıb: Emin Kyurdov, Rövşən Hüseynli ( qapıçılar), Xətai Baqirov, Amadeu, Felipinyo, Xəzər Aqalizadə, Novruz Kazixanov, Xadi Əhmədi, Qallo, Rafael Villa, Eduardo, Murad Quluzadə, Maneka və Qabriel Bostos ( hamısı meydan oyunçusu).
Qrupda keçirilən digər oyunda isə Rumıniya doğma divarlar arasında Hollandiyanı 2:1 hesabla məğlub edib.
Xatırladaq ki, Azərbaycan yığması ilk turda səfərdə Rumıniyaya 1:0 hesabla uduzmuş və ikinci turda isə evdə Hollandiyaya qalib gəlmişdi - 6:1.
3 turdan sonra A qrupunda vəziyyət belədir:
Коmanda | O | Q | Н | M | T\F | X |
Qazaxıstan | 3 | 3 | 0 | 0 | 10-5 | 9 |
Rumıniya | 3 | 2 | 0 | 1 | 8-1 | 6 |
Аzərbaycan | 3 | 1 | 0 | 2 | 9-8 | 3 |
Hollandiya | 3 | 0 | 0 | 3 | 2-10 | 0 |
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.