Masallıda qızlar üçün təhsil və peşə seçimi
Masallı rayonun kəndlərində yaşayan qızlar üçün təhsil və peşə seçimi layihəsinə start verilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Kəndlərdə yaşayan qızların təhsilə və peşə seçiminə təşviqi” layihəsi çərçivəsində Masallı rayonun Şərəfə kəndində təlim təşkil edilib.
Tədbirdə 26 məktəbli qız iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş sözü ilə açan Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova gələn qonaqları salamlayıb, məktəbliləri bu cür layihələrdə fəal iştirak etməyə çağırıb.
Tədbirin proqramı ilə bağlı birliyin sədri, layihə rəhbəri Nərgiz Muxtarova tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Layihənin eksperti Nemət Əliyev qızların təhsil almasının vacibliyini və bu tip layihələrin kəndlərdə reallaşdırılmasında təhsil səviyyəsinin artmasına müsbət təsir etdiyini qeyd edib.
Layihə üzrə təlimçi Rafət Şirəliyev tərəfindən iştirakçılarla təhsilin formaları, təhsil və peşə sahələrdinə seçimin düzgün təhlili, ölkəmizdə peşə sahəsində strateji yol xəritəsi, fərdi inkişafın qurulması, təhsil və peşə seçiminin gələcək karyeraya təsiri mövzusunda məlumatları bölüşüb və fərdi tapşırıqlar əsasında potensial təhsil alan gənclərin üstünlüklərinin müəyyənləşdirilməsi istiqamətində qrup işləri həyata keçirilib.
Məlumat üçün bildirək ki, növbəti silsilə təlimlərin 2023-cü ilin oktyabr ayının sonunadək Masallı rayonun daha 4 kəndində o cümlədən, Köhnə Alvadı, Qəriblər, Yeyənkənd və Qızılağac kəndlərində həyata keçirilməsi nəzərdə tutulub. Təlim proqramı yekunlaşdıqdan sonra qeyd olunan 5 kənddən müəyyən edilən 20 nəfər qız üçün Masallı rayonunda fəaliyyət göstərən müxtəlif qurumlarda və peşə subyektlərində təcrübə mübadiləsi təşkil ediləcək.
Qeyd edək ki, layihənin məqsədi Masallı rayonunun kəndlərinə yaşayan qızların təhsilə və peşələrə marağının arıtırlması və onlar rayonun sosial-iqtisadi potensialını tanıtmaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.