FORMULA-1
------------------
Maks Ferstappen Qətər Qran-Prisini də udub
O, həm də vaxtından əvvəl dünya çempionu adını qazanıb
Bazar günü Qətərin paytaxtı Dohada formula-1 qzrə dünya çempionatının sayca 17-ci olan növbəti Qran-Prinin final yürüşü keçirilib. "Losail İnternational Circuit" avtodromunda baş tutan yürüşün qalibi "Red Bull"un Hollandiyadan olan 26 yaşlı pilotu, Maks Ferstappen olub. O, uzunluğu 5380 metr olan trasda 57 dəfə dövr vurmaqla 306.660 km məsafəni hamıdan birinci qət edib (1 saat, 27 dəqiqə, 39,168 saniyə). Beləliklə, geridə qalan 17 Qran-Prinin 14-də qalib gələn Ferstappen pilotların yarış cədvəlində liderlik mövqeyini daha da yaxşılaşdırmaqla rəqibləri üçün əlçatmaz olub. Bu isə, ona vaxtından əvvəl (5 Qran-Pri qalmış) çempion olmaq imkanı verib. Bu həm də onun üçüncü dünya çrmpionluğu olub.
Qətər Qran-Prisində ikinci yeri qalibdən +4,833 saniyə geri qalan "Maklaren"nin pilotu Oskar Piastri tutub. İlk üşlüyü isə "Maklaren"in digər pilotu, qalibdən +.969 saniyə geri qalan Lando Norris tamamlayıb.
Qətər Qran-Prisində final yürüşünün yekun nəticəsi belə olub:
1. Ferstappen (Red Bull) — 1:27.39,168
2. Piastri (McLaren) — 4,833
3. Norris (McLaren) — 5,969
4. Rassell (Mercedes) — 34,119
5. Lekler (Ferrari) — 38,976
6. Аlonso (Aston Martin) — 49,032
7. Окоn (Alpine) — 62,390
8. Bottas (Alfa Romeo) — 66,563
9. Çjou (Alfa Romeo) — 76,127
10. Peres (Red Bull) — 80,181
11. Stroll (Aston Martin) — 81,652
12. Qasli (Alpine) — 82,300
13. Elbon (Williams) — 91,014
14. Маqnussen (Haas) — 1 dövrə
15. Tsunoda (AlphaTauri) — 1 dövrə
16. Xyulkenberq (Haas) — 1 dövrə
17. Louson( AlphaTauri) — 1 dövrə.
Göründüyü kimi, 20 pilotdan yalnız 17-si finiş xəttini keçə bilib. Qalan 3 pilot isə mübarizəni erkən dayandərəb. Ən diqqət çəkən isə "Mersedes"in britaniyalı pilotu, 7 qat dünya çempionu Lyuis Hemltonun elə birinci dövrədəcə öz komanda yoldaşı Corc Rossellə toqquşaraq qəzaya uğraması və yürüşü tər etməsi olub.
Geridə qalan 17 Qran-Pridən sonra pilotların yarış cədvəlində Top-10 belədir:
1. Maks Ferstappen (Red Bull) - 400 xal;
2. Serxio Peres (Red Bull) - 223;
3. Lyuis Hemlton (Mersedes) - 190;
4. Fernando Alonso (Aston Martin) - 174;
5. Karlos Sayns (Ferrari) - 150;
6. Şarl Lekler (Ferrari) - 135;
7. Lando Norris (Maklaren) - 115;
8. Corc Rassell (Mersedes) - 115;
9. Oskar Piastri (Maklaren) - 57;
10. Lens Stroll (Aston Martin) - 47.
Komandaların yarış cədvəlindəki vəziyyət belədir:
1. Red Bull - 623 xal;
2. Mersedes - 305;
3. Ferrari - 285;
4. Aston Martin - 221;
5. Maklaren - 172;
6. Alpine - 84;
7. Uilyams - 21;
8. Haas - 12;
9. Alfa Romeo - 10;
10. Alpha Tauri - 5.
Qeyd: Növbəti Qran-Pri AÇŞ-ın Ostin şəhərindəki "Çircuit of The Amerikas" avtodromunda keçiriləcək. Pilotlar 5507 metrlik məsafəni 56 dəfə dövrə vurmaqla 308.405 km məsafəni qət etməyə çalışacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.