TAEKVONDO
------------------
Azərbaycan taekvondoçuları Qətərin açıq çempionatına qatılacaqlar
Oktyabrın 21-də Qətərin paytaxtı Dohada taekvondo üzrə bu ölkənin açıq çempionatı start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycandan olan dayanq ustaları də mübarizə aparacaqlar. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, ölkəmiz həm kişilərin, həm də qadınların yarışında təmsil olunacaq. Qeyd edək ki, kişilərdən ibarət millimizin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov rəhbərliyi altında sözügedən turnirə qatılacaq yığmanın heyətində Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Pərviz İskəndərov (63 kq), Cavad Ağayev (74 kq), Əliəskər Əliyev (74 kq), Eltac Qafarov (80 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqaniyə (hər ikisi +87 kq) yer alıb.
Qadınlardan ibarət yığmamız isə Qətər açıq çempionatına baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında 4 idmançı ilə qatılacaq ki, bu dördlükdə də Minayə Əkbərova (49 kq), Səmərrux Osmanova (53 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidova (67 kq) cəmləşib.
Ümumiyyətlə, G1 kateqoriyalı bu yarışda millimizin bütün taekvondoçuları oktyabrın 22-də dayanq üzərinə çıxacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.