“Sən azadsan, Qubadlı” adlı videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 №-li kitabxana filialının mütəxəssisi Afət Ağayeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü elan edilməsi ilə əlaqədar “Sən azadsan, Qubadlı” adlı videoçarx hazırladı.
Videoçarxda Qubadlı rayonunun çoğrafi mövqeyi, xəritəsi, inzibati strukturu, iqtisadiyyatı, habelə sosial və mədəniyyət obyektləri haqqında məlumat verilir.
Qeyd olunur ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb. İşğal zamanı rayonun tarixi, dini, mədəniyyət abidələri, məbəd və mağaraları, yaşayış məntəqələri erməni vandalları tərəfindən məhv edilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına ciddi ziyan vurub, meşələri, nadir ağac və bitki növlərini qırıb yandıraraq ekoloji terroru həyata keçiriblər.
44 günlük Vətən müharibəsi nətiçəsində Qubadlının azad edilməsi və Qubadlıdan olan Milli Qəhrəmanlar haqqında da videoçarxda məlumat verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qubadlıya səfəri, rayonda abadlıq və quruculuq işlərinin aparılması işıqlandırılıb.
Videoçarxda Qubadlı şəhərinin göruntüləri yer alır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.