Rafael Hüseyn:
ŞƏRQŞÜNAS ALİMLƏR AİLƏSİNƏ ƏLAVƏ OLUNAN DAHA BİR AD
Həftə uğurla başlanır. Bu gün - oktyabrın 23-də Elmlər Akademiyasının Şərqşünaslıq institutundakı dissertasiya şurasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin doktorantı, elmi rəhbəri olduğum Şıxəli Əliyev uğurla dissertasiyasını müdafiə etdi.
Orta əsrlər Azərbaycan və Şərq ədəbiyyatını araşdırmaq sahəsində bizim zəngin təcrübəmiz və bu istiqamətdə adı tarixə həkk olunan böyük alimlərimiz yaşayıb-yaradıb və fəaliyyətdə olanlar da var.
Heyiflər ki, zaman dəyişimi qiymətli şərqşünas alimlərin əksərini həyatdan apardı və indi bizdə orta əsrlər ədəbiyyatşünaslığı, xüsusən farsdilli, ərəbdilli ədəbiyyatı öyrənmək səmtə üz tutanların sayının artmasına ciddi ehtiyac duyulur.
İllərdir ki, mən həmin boşluğu doldurmaqçün çalışır, aspirantlarımın, dissertantlarımın, doktorantlarım mühüm bir hissəsinə mövzuları orta çağ ərəb, fars və türkdilli ədəbiyyatdan verirəm.
Şıxəli Əliyevə 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisası üzrə “Ərəb poetik ənənələrinin formalaşmasında İmrul-Qeysin rolu” problemini fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusu olaraq müəyyənləşdirmişdik.
1500 il əvvəlin bu böyük şairinin irsi həm ərəb, həm fars, həm də türk ədəbiyyatlarının sonrakı inkişafına ciddi təsir göstərmişdir.
Şıxəlinin bugünkü müdafiəsi müvəffəqiyyətlə keçdi, özünün təqdimatı da, opponentlərin rəyləri, çıxış edənlərin dəyərləndirmələri də qaneedici idi.
Bu gün Azərbaycanın şərqşünaslar ailəsinə gələcəkdə hələ çox faydalar verə biləcək daha bir alimin gəlişinə rəsmən yekdilliklə müsbət səs verildi.
Sabahı da bugünkü kimi uğurlu olsun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.