Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolu yenidən qurulub
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası yekunlaşıb.
Əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
22.4 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yolboyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntunun çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi, yeni yol yatağının inşası işləri icra olunub və yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi və layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası işləri icra olunub.
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılıb.
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.