Ürək və qan dövranı üçün faydalı olan çörək hansıdır?
Buğda unundan çörək, xüsusilə mayalı çörəklər ürək-qan-damar sistemini tıxayır, damarların divarında kirəcləşmə yaradır.
Rothamsted Research Kənd təsərrüfatı institutunun alimləri ürək-damara zərərli olmayacaq çörəyin üzərində işləyiblər.
Onlar adi çörəyə ferment əlavə edərək, onun damarlara və qan dövranına təsirini xeyli yaxşılaşdırıblar.
Bu ferment istehsalatda içkilərin tərkibində istifadə edilir.
Belə ki, fermentlə zənginləşdirilmiş çörəkdə ferul turşusu 5 dəfə çoxalır ki, bu da damarların funksiyasını yaxşılaşdırır.
Ferul turşusu kakao, yaşıl çay, qırmızı şərabda çoxdur.
Lakin çörək hər bir insanın gündəlik çox yediyi qida olduğu üçün onun da belə maddə ilə zəngin olması vacibdir.
Elmi tədiqiqatda 19 gənc kişi iştirak edib. Onlar 2 qrupa ayrılıb. Bir qrupa fermentli çörək verilib, digərlərinə adi.
Fermentli çörək yeyən qrupda 12 gündən sonra orqanizmdə ferul turşusuunun səviyyəsinin artdığı, damar funksiyasının yaxşılaşdığı, qan dövranının düzəldiyi aydınlaşıb
Alimlər bildirir ki, çörək və ya una bu fermentin əlavə edilməsi və satışda daha çox bu çörəyin olması insanların sağlamlığına müsbət təsir edər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.