Rüstəm İsmayılov:
Sabir Qasımovun “Ömrün 50-ci payızı” adlı sərgisi keçirildi
Təsviri sənətin bir növü olan qrafika üslubundaki, rəsmləri ilə bir dünya yaradan,rəssam Sabir Qasımovun “Ömrün 50-ci payızı” adlı sərgisi keçirildi. Təsviri sənətin bir çox növü var ki, bunlardan biri də gec-gec müraciət olunan,və diqqəti özünə cəm etməyi bacaran qrafika üslubudur. XIX əsrdən qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdisə sonradan bu sənət növü daha da təkmilləşdi....Müasir dövrümüzdə də qrafik rəssamlar üstünlük təşkil edir.Belə rəssamlardan biri də Sabir Qasımovdur.Yaratdığı hər bir sənət nümunəsində müxtəlif mövzular və mənalar öz əksini tapır.Bu rəsmlər çap qrafikasıdır və lünoqraviya adlanır. XX əsrin əvvələrində yaranan bu üsul yüksək çapın ən sadə növüdür.Sabir Qasımov da yaratdığı sənət nümunələri ilə öz sərgi dünyasını sənətsevərlərin üzünə açdı. Qrafik üslubda çəkdiyi rəsmlərindən ibarət sərgidə 64 kompazisiyanın nümayi. Olundu.44 günlük Vətən müharibəsindən sonra rəssamda yaranan duyğu və düşüncələr onun silsilə şəklində çəkərək ərsəyə gətirdiyi “Sürət”,”Zaman”, “Zəfər” adlı lünoqravüralarında da əks olunur. Bu rəsmlər sərginin yadda qalan kompazisiylarından idi. Sərgidə nümayiş olunan hər bir sənət nümunəsi fərqli iş prinsipini özündə əks etdiridi. “Ömrün 50-ci payızı” adlı sərgi rəssamın 50-illik ömür yolunda yaratdığı sənət nümunələrinin əksi ilə tamamlandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.