Zəfər Günü Musiqili Teatrda – “Bir nəfəs qədər”
Azərbaycan tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən 3 il ötür.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar həmin gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.
Rejissor Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda səhnələşdirilən əsərdə SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Səhnə əsrində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Prezident mükafatçıları Əmrah Dadaşov, Mehriban Zaliyeva, Hüseyn Əlili, Səmədzadə Xasiyev, aktyorlar Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artistləri iştirak edirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.