İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın “Şöhrət” medallı Əməkdar mədəniyyət işçisi İsgəndər Sultanov imzaladıqları sənədə əsasən nəzərdə tutulan əməkdaşlıq fəaliyyətləri ilə bağlı məsələləri müzakirə ediblər. Bura iki türkdilli ölkə arasında birgə yaradıcılıq layihələrinin, qarşılıqlı qastrol səfərlərinin, o cümlədən teatr sənəti sahəsində yaradıcı heyətlərin təcrübə mübadiləsinin təşkili, teatr sənətinin aktual problemlərinə dair məsləhətləşmələrin aparılması və s. daxildir.
Bu memorandumu Musiqili Teatrla özbək teatrları arasında uğurlu əməkdaşlığın davamı hesab edən Əliqismət Lalayev söhbət əsnasında Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı, Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı və Namanqan Vilayət Musiqili Dram və Komediya Teatrı ilə mövcud əlaqələrdən də danışıb.
Musiqili teatrla əməkdaşlıqdan məmnun olduğunu bildirən İsgəndər Sultanov yaradılan şəraitə görə zəhməti olan hər kəsə – TÜRKSOY-a, Azərbaycan və Özbəkistan Mədəniyyət Nazirliyinə də minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, Səmərqənd Vilayət Musiqili Dram Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150, TÜRKSOY-un 30 illik yubileyləri, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi şərəfinə ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Leyli və Məcnun" tamaşasını uğurla nümayiş etdirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.