BDU-nun Psixoloji yardım sektoru “Ünsiyyətin rahat üsulları” adlı təlim keçirib
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Ünsiyyətin rahat üsulları” adlı təlim keçirib.
Təlimə Universitetin bütün fakültələrindən tələbələr qatılıb. Əvvəlcə tələbələrin tanışlığı üçün tapşırıqlar verilib və icra olunub. Qeyd edilib ki, ünsiyyət insanların bir-biri ilə qarşılıqlı əlaqədə olduğu, fikirlərini, hisslərini bölüşdüyü əsas insani ehtiyaclardan biridir. Ünsiyyət sadəcə danışmaq və dinləməkdən ibarət deyil. Yaxşı ünsiyyət işdə və şəxsi həyatda uğur üçün vacib amildir.
Təlimdə ünsiyyətdə yaranan çətinliklər ətraflı müzakirə olunub, maneələri aradan qaldırmaq yolları izah edilib. Təlimin praktik hissəsində tələbələr göz təması olmadan ünsiyyət qurmağa çalışıblar və sonda öz təəssuratlarını bölüşüblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.