Tahir Süleymanov:
Futbol ya şah dövrünə qədəm qoyacaq, ya da ki, yenidən mat vəziyyətinə salınacaq!
Azərbaycan kubokunun püşkü atıldı. 34 komandanın iştirakı son 15 ilin rekordudur. Yaxın illərdə bir 15 klub da əlavə edilsə, müstəqillik illərimizin mütləq rekordu olacaq.
Təbii, komandalar arasında səviyyə fərqi özünü birüzə verəcək. İndiki məqamda isə əsas amil, futbol coğrafiyasının genişlənməsi, tədricən sabitliyin yaranması, futbolsuz qalmış bölgələrimizin prosesə cəlb olunması, liqaların fərqliliyi, kütləvilliklə yanaşı, peşəkar təməl prinsiplərinin həyata keçirilməsidir...
Yeni liqaların yaradılması ideyasını hər birimiz dəstəkləmişik. Zatən uzun illərdir, bu məsələni qabardırdıq, futbolun bölgələrə daşınması vacibliyini isbatlayırdıq. AFFA-da nisbi kadr dəyişikliyi kifayət etdi ki, qısa vaxtda liqaların rotasiyası, yenisinin formalaşması baş versin.
Yarışlara start veriləndə fikirlərimizi bildirmişdik, çatışmazlıqlarla yanaşı məsələlərə həssas yanaşılması vacibdir. Təşkilatçılarla, hakimlərlə birgə, klub rəhbər/rəsmiləri, məşqçi/futbolçularla paralel futbol ictimaiyyətinin, azarkeşlərin üzərinə faktiki və psixoloji yükün düşəcəyi xüsusi vurğulanmışdı...
Böyük həcmdə işlər görülür, oyunlar canlı yayımlanır, informasiya operativliyi təmin edilir. Yatmış futbolu oyatmaq sıradan hadisə deyil.
Futbol başbilənləri rahat şəraitdə yatırdılarsa, futbolun özü xarabalıqda yuxulayırdı. Bataqlığın qurudulub bir anda gül-çiçəyə çevrilməsi mümkünsüzdür... Mümkün olanlar isə edilməlidir...
Son günlər, həftələr aşağı liqalarla bağlı yerli-yersiz problemlər qabarıq görünməyə başlayıb.
Bir klubda futbolçuların üsyanı, digərində elementar protokolun doldurulma səhvləri, oyunçunun qısa vaxtda iki klubda çıxış etməsi, qeydiyyata alınması, lisenziyalaşdırma tələbləri, texniki məğlubiyyətlər, kəskin bəyanatlar, rəsmi cəzalar...
Qeyd olunanların bir çoxu baş verməyə bilərdi.
Fədakar təşkilatçıların böyük əməyi qarşılığında AFFA/PFL/klub/azarkeş/futbol ictimaiyyəti arasında əlaqə yetərli deyil, axsayır, bir çox hallarda süni maneələr yaradılır. Həyata keçirilən layihə artıq görünən/görünməz ideoloji savaşa çevrilməkdədir. Bu prosesdə ən zəif bənd təcrübəsiz klublar/idarəçilər, rəsmi nümayəndə/hakimlərin hazırlıqsızlığı, ümumi mahiyyətin tam dərk olunmamasıdır...
Məşqçi/futbolçular, klub rəsmiləri, azarkeşlər çempionata çox həssas yanaşmalıdır. Emosiyalara yol verilməməli, kütlə psixologiyasına uyulmamalıdır. Yersiz bəyanatlar, çılğınlıq, qarşıdurmaların davam edəcəyi, artacağı halda, yarışlara zərbə dəyəcək, futbolu Abşeron yarımadasına sürükləyən "strateqlər" bundan şəxsi məqsədləri üçün məharətlə istifadə edəcəklər.
Birgə təşkil edilən görüntü xarakterli tədbirlərə, fotosesiyalara aldanılmasın, barşmaz "düşmənlər"in futbol davası davam edir, seçki konfransı yaxınlaşdıqca daha da qızışacağı gözlənilir. Bunlar açıq şəkildə edilməsə də, kabinetlərdəki "oyunlarla" paralel tərəfdaşlar vasitəsi ilə zəif bəndlər axtarılacaq, məqsədli istifadə ediləcək. Hər kəs bilməlidir, futbolu illərdi ələ alanlar vəzifələrini əldən vermək istəmirlər, görünən/görünməz qüvvə/namizədlər də yetərincədir.
Belə durumda təbliğat mexanizmi önə çıxır.
Badalaq vurmaq istəyənlər puskuda dayanıb, səlahiyyət, təsir imkanları, maliyyə dayaqları kifayət qədərdir. Futbolu düşünənlər azlıq təşkil etsələr də, doğru yol - onlarındır! Bu işlərdə, ümumi futbolun dirçəlməsi naminə, ən böyük dəstək futbol ictimaiyyəti və azarkeşlər tərəfindən olmalıdır.
İntizam Komitəsinin son qərarı onu göstərir ki, qərarlar köhnə, diktat qaydada, yarımçıq verilir. Haqlı da olsalar, hakimliklə bağlı ictimaiyyətə dolğun məlumatın, izahın verilməməsi, komitələr arasında komunikasiya zəifliyi, azarkeşlər, futbol ictimaiyyəti tərəfindən haqsızlıq sindromu kimi qəbul edilir. Ən azından Barış Şimşək hakim idarəçiliyi ilə bağlı ictimaiyyətə məlumat verməlidir, sıradan hadisə baş verməyib, oyun yarımçıq dayandırılıb. Yarışların işıqlandırılması baxımından informasiya/xəbər problemi olmasa da, düzgün istiqamətverici yanaşmaya ehtiyac duyulur. Bunun əvəzinə, əks təbliğatın baş verməsi müşahidə edilir. İdeoloji dalğanın gəldiyi istiqamət də bəllidir. Reallığa, görülən işlərə uyğun qarşısı alınmasa, ancaq çıxarılan qərarların ictimaiyyətə çatdırılması ilə kifayətlənsə, məsuliyyətsiz ittihamlara tutarlı cavab verilməsə, yaxın aylarda anti-təbliğat mexanizmi daha da güclənəcək.
Hazırda futbol durğunluq, daxili çəkişmə(lər) vəziyyətindədir. Futbolda qalaq-qalaq yığılan problemlərin həll edilməsi yolunda ideoloji/strateji mübarizədə qalıb gəlinməsi mütləqdir! Şahmat dili ilə deyilsə, ən azı 3-5 gediş öncədən müəyyənləşdirilməlidir. Yaxın 3-5 aya futbol ya şah dövrünə qədəm qoyacaq, ya da ki, yenidən mat vəziyyətinə salınacaq!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.