Mais İbrahimov:
Ağcabədidə “Zəfər salnaməsi: Tarixin qürur səhifəsi” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXCDX) rayon şöbəsi, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi: Tarixin qürur səhifəsi” adlı tədbir keçirilib.
AZpress.AZ -ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, erməni işğalçıları üzərində qazanılan tarixi Qələbənin üçüncü ildönümü tamam olur. Bu möhtəşəm Qələbə heç də asan əldə olunmamışdır, xalqımız 3 mindən artıq şəhid vermiş, minlərlə gəncimiz sağlamlığını itirmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 günə başa çatan Vətən müharibəsi Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Bu müddətdə Azərbaycan xalqı əzmlə, səbirlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini gözlədi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. Bu birlik bizi Qarabağa qaytardı və 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova bildirib ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər Günü bütün respublikada təntənəli şəkildə qeyd edilir. İndi erməni işğalçılarının illərlə talayıb dağıtdığı şəhər və kəndlərimiz yenidən qurulur, Qarabağımıza həyat yenidən qayıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi polkovnik-leytenant Qabil Rzayev, Qarabağ regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının sədri Məhəbbət Əliyeva, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin direktor əvəzi İbadət Ağayev çıxışlarında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili-xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi nəticəsində erməni faşizminin iflasa uğratdığını vurğulayıblar. Eyni zamanda, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi qələbəni təmin edən ən mühüm amil olduğu xüsusilə diqqətə çatdırılıb.
Tədbir Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.
Tədbirin sonunda şəhid ailələrinə, qazilərə, həkimlərə fəxri fərman və hədiyyələr təqdim edilib və xatirə şəkili çəkdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.