BDU SABAH Mərkəzi məişət zorakılığına dair məhkəmə simulyasiyası təşkil edib
Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pro Bono” Hüquq Cəmiyyəti məişət zorakılığına həsr olunmuş “Kimdir günahkar?” adlı məhkəmə simulyasiyası təşkil edib.
BDU-nun Hüquqşünaslıq ixtisasının SABAH qrupları tələbələrinin iştirak etdikləri simulyasiyada əsas diqqətə çatdırılan məqam yetkinlik yaşına çatmayanların erkən nikaha məcbur edilməsi, bu zəmində yaranan psixoloji və hüquqi problemlər olub. Simulyasiyada yetkinlik yaşına çatmayan Zöhrənin (şərti ad) məcburi olaraq evləndirilməsi, ailəsindən, təhsilindən ayrılması, ailədə zorakılıqlara məruz qalması, cəmiyyətin bunu susqun və normal qarşılamasının ağır nəticələri nümayiş etdirilib. Zorakılıq hallarının nəticəsində Zöhrə məcbur evləndirildiyi Kamran (şərti ad) və onun anası tərəfindən övladını itirib. Məhkəmə prosesinin gedişində bu faktlar araşdırılaraq, müxtəlif sübutlarla tədqiq edilib, şahidlər dindirilib. Sonda məhkəmə bunları nəzərə alaraq, ədalətli qərar qəbul edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.